vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
21:40 | 12 sentyabr 2014 | Cümə Məqaləyə 2655 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Futbolçularımız gəzməyə çıxmışdılar»

«Oyuna bu cür münasibəti ilə bizə çətin olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 5-ci turunun «Araz Naxçıvan» - «İnter» (1-3) matçından sonra keçirilən mətbuat konfransında komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüblər.

Əsgər Abdullayev, «Araz Naxçıvan»ın baş məşqçisi: «Deyiləsi sözüm yoxdu. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq. Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə çıxmışdılar».

Kaxaber Tsxadadze, «İnter»in baş məşqçisi: «Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdı. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydançada, həm də ağır meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, «Araz Naxçıvan» meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam». (komanda.az)