vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:12 | 23 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda növbəti etirazlar

Bu dəfəki aksiyaları sahibkarlar başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Hökümət Evinin qarşısında etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, müxtəlif satış yarmarkalarından gələn 500-dən çox sahibkar yeni vergi inzibatçılıq sisteminə qarşı etiraz edib.

Sahibkarlar bildiriblər ki, onlar 1 oktyabrdan hesab-fakturalar üzrə işləməli olacaqlar. Amma sahibkarlar aşağı rüsumlu yığımlar təyin edilməsini tələb edirlər. Etirazçılar deyirlər ki, hökumət kiçik və orta biznesin inkişafı üçün heç nə etmir. Sahibkarlar qeyd edirlər ki, hər zaman hesab-fakturalarla işləmək mümkün olmur.

Etirazçılar həmçinin tələb edirlər ki, onları yeni nəzarət-kassa aparatları quraşdırmağa məcbur etməsinlər. Onlar iddia edirlər ki, köhnə aparatlar işləyir və yenilərinə ehtiyac yoxdur.

Ermənistan baş naziri Ovik Abramyan isə etirazçılar qarşısına çıxıb və onların nümayəndələrini qəbul edəcəyini vəd edib. Baş nazir jurnalistlərin iştirakı ilə bütün problemləri müzakirə edəcəkləri barədə söz verib.