vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
10:34 | 24 sentyabr 2014 | Çərşənbə Məqaləyə 3698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ürəyimdə qalan arzu

«Hacı»lığın qatı olmayacaq...

Azər SARIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının kralı çox ədalətsiz bir qərar qəbul edib: bir dəfə Həcc ziyarətində olanlar Məkkəyə ikinci dəfə zəvvar qismində gedə bilməyəcəklər. Yəni kral həzrətləri bundan sonra bir neçə qat «Hacı» olmaq istəyənlərin arzularını ürəklərində qoyub. Mən bu kişini adil bir padşah, cümlə müsəlmanların mənəvi atası, əhli islamın ağsaqqalı bilirdim. Heç gözləməzdim...! A kişi, bunu edirdinsə, əvvəlcədən belə edərdin də.

Mən heç Həcc ziyarətində olmamışam, gecə-gündüz yeməyib, içməyib pul yığırdım ki, müqəddəs məkanı ziyarət edim, işsizlik imkan vermədi. Güc-bəla ilə bir sponsor tapmışdım, uşaqlara bir kisə un, bir motal pendir və bir də onlardan halallıq almışdım ki, bu bəd xəbər gəldi. Deyərsiniz ki, sən ziyarətinə get, həmin qərarın sənə nə dəxli? Necə yəni nə dəxli? Tutaq ki, mən getdim ziyarətə, oldum hacı. Yəni bir qat hacı. Amma dostlarımın içində 3 qat, 4 qat, hətt 10-15 qat həcilər var. Bəs bu qərardan sonra dostlarıma necə çatım? Onlardan geri qalım? Onlar yas yerində, saunada, adını çəkə bilmədiyim başqa məkanlarda və çevrələrdə qürrələnəndə ki, «mən 5 qat həciyəm», «mən 8 dəfə müqəddəs məbədi ziyarət etmişəm», o zaman mən nə deyim?

Bundan başqa, tutaq ki, ziyarətə gedib-gələndən sonra birdən nəfsimin «tormoz»u tutmadı, sükanı əyildi sola, günaha batdım. Mən başıdaşlı bu günahı yumaqdan ötrü hara gedim? Xristian da deyiləm ki, gedim, Müqəddəs ata bağışlasın. Deyirəm, nə bəxtəvər məxluqlardır bu katoliklər. Nə qədər günah edirsən et, axırda get de ki, bəs padre, bir qələtdir eləmişəm, məni çevir rahib və rahibələrinin başına. Vəssalam!

Məni qınamayın, bu kral haqqında deyəndə ki, masonların, yəhudilərin adamıdır, inanmırdım. Belə məlum olur ki, deyilənlər doğru imiş. Yoxsa bu evi yıxılmamış şeyxül -kəbir durduğu yerdə niyə belə qərar versin? Dəli olmayıb ki, o qədər puldan imtina etsin? A camaat, bu kişinin saqqalı uzun, şalvarı gödək adamları məni qanıma qəltan etsə də, deyəcəyəm, bu adam kafirlərdən yanadır. Özü qəsdən belə edir ki, bizim kimi təmiz, əməli saleh müsəlmanlar padre həzrətlərinə üz tutsun və sayəmizdə əhli-islamın sayında azalma getsin.

Əzizlərim, yaxşı xaç suyuna çəkməyi bacaran keşiş tanıyan varsa, xahiş edirəm, telefonunu, yaxud ünvanını verin. Amma bir şərtlə ki, xaç qızıldan olmalı, su da filtirdən keçirilməlidir. Axı mən təmiz... hələlik, müsəlmanam.

Allah kral həzrətlərinə insaf versin! Hələ vaxt var...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)