vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
15:07 | 26 sentyabr 2014 | Cümə Məqaləyə 1339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qorbaçov «nu, delay, delay» deyirdi»

SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsinin gizlinlərini açdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Etnik zəmində ilk cinayət törədilən kimi SSRİ Ali Sovetinin Rəyasət Heyətində Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı məsələ qaldırdım. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə buna qarşı çıxış etdi, bildirdi ki, Rıjkov vəziyyəti gərginləşdirir. Yekunda Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olundu».

Bunu «İzvestiya» qəzetinə müsahibəsində SSRİ-nin keçmiş baş naziri, hazırda Rusiya Federasiya Şurasının Belqorod vilayətindən olan üzvü Nikolay Rıjkov deyib.

1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı açıqlamalar verən N.Rıjkov bildirib ki, o vaxt Bakıda vəziyyət getdikcə pisləşirdi: «Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verildi. Orada Lukyanov (SSRİ Ali Sovetinin sədri), Yazov (müdafiə naziri), Kryuçkov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri), Bakatin (daxili işlər naziri) və mən iştirak edirdim. Yazov əmrin verilməsini xahiş elədi.

Qorbaçov Medvedevə Bakıya qoşun yeridilməsi ilə bağlı mətnin hazırlanmasını və gecə yarısına qədər KİV-də yaymağı tapşırdı. Lakin Medvedev həmin mətni gecikdirdi və onu ancaq səhər çap etdirdi. Qoşun isə Bakıya Qorbaçovun keçirdiyi iclasdan dərhal sonra yeridildi.

Medvedevin əmri sabotaj elədiyinə şübhə edirəm. Ya da bu, əvvəlcədən düşünülmüş addım idi ki, baxsınlar vəziyyət necə inkişaf edir.

Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib (o da Qorbaçova zəng edə bilmirdi) dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər.

Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə. O isə cavabında «nu, delay, delay» deyirdi».

N.Rıjkov jurnalistin «Siz qoşun yeridilməsi ilə bağlı heç bir yazılı əmr olmadan bütün gecə hərbi əməliyyatı idarə etmisiniz» sualına belə cavab verib: «Mən siyasətlə məşğul olmurdum, tapşırıqları həll edirdim» (APA).