vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KRİMİNAL, CİNAYƏT  
17:15 | 26 sentyabr 2014 | Cümə Məqaləyə 1601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Narkobaron» molla qandallandı

«Bandotdel» xüsusi əməliyyat keçirdi, xeyli sayda həbs olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi və Abşeron Polis Şöbəsinin əməkdaşları bu gün sübh çağı xüsusi əməliyyat keçiriblər.

Axar.az-a daxil olan məlumata görə, Hökməli qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb. Onların arasında kənd mollası da var. Saxlanılanlar bir müddət öncə həbs edilən Hökməli sakini Rasim Cəbrayılova yaxınlıqları ilə tanınırlar.

Abşeron RPŞ-dən faktı təsdiqləyiblər. Bildirilib ki, bu gün səhər saatlarından başlayaraq Abşeron rayonu, Hökməli qəsəbəsində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Abşeron polisi ilə birgə həyata keçirdiyi əməliyyat məhkəmə qərarı əsasında reallaşdırılıb və bir sıra şəxslərin evinə baxış keçirilib. Evində narkotik vasitə və kol aşkarlanan 5 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.

Əməliyyata Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi rəisinin birinci müavini Heydər Xəlilov başçılıq edib.

Saxlanılan şəxslərdən biri - Həsən Əliyoldaşov kənd mollasıdır və kənddə təxribatçı çıxışları ilə tanınır.