vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
13:59 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 2456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öcalan İmralıdan ayrılır

Ərdoğan Aponu başqa həbsxanaya köçürdür

MÖVZU İLƏ ƏLAQƏLİ

Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının lideri Abdulla Öcalan başqa həbsxanaya köçürüləcək.

«Trend» xəbər verir ki, bu barədə cümə axşamı «Kanal 7» telekanalı məlumat yayıb. Öcalan Mərmərə dənizindəki İmralı adasından ölkənin şimal-qərbində yerləşən Bursa vilayətindəki həbsxanaya köçürüləcək.

Öcalanın köçürülməsi Türkiyədə kürd probleminin demokratik həlli üzrə tədbirlər çərçivəsində həyata keçirilir. Bir müddət əvvəl ölkənin kürdyönümlü partiyaları PKK liderinin başqa məhbəsə köçürülməsini tələb ediblər. Kanal bu mövzu ilə bağlı başqa detalları açıqlamayıb.

Xatırladaq ki, PKK lideri Abdulla Öcalan 1999-cu il fevralın 15-də Keniyada həbs edilərək Mərmərə dənizindəki İmralı adasındakı həbsxanaya yerləşdirilib. Öcalan əvvəlcə ölüm cəzasına məhkum edilmişdi. Daha sonra bu cəza ömürlük həbs cəzası ilə əvəz edildi.