vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
15:07 | 27 oktyabr 2014 | Bazar ertəsi Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paris görüşündən nə gözləyirik?

«Sərkisyanın əli güclü deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək. Fransa prezidenti Fransua Ollandın təklifi ilə baş tutacaq görüşdə gözlənildiyi kimi əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi və münaqişənin həlli məsələləridir. Görüş Parisin məşhur Yelisey sarayına baş tutacaq. Fransua Olland əvvəlcə prezidentlərlə ayrı-ayrılıqda, sonra isə 3 tərəfli görüş olacaq. Daha sonra isə Minsk Qrupunun həmsədrləri də görüşə qatılacaqlar.

Politoloq Qabil Hüseynli Paris görüşünün Azərbaycan üçün əhəmiyyətli olacağını düşünür. AzVision.az-a açıqlamasında ekspert bildirib ki, görüşə ümid böyükdür və müəyyən irəliləyişin ola biləcəyi ehtimal var. 

Q.Hüseynli Qarabağ danışıqlarına mane olacaq amillərin çox olduğunu da diqqətə çatdırıb:

«Ermənistanın Rusiya təsirində olması və ölkədə davam edən mitinqlər danışıqlara mane ola bilər. Onsuz da Ermənistan əvvəldən də danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. İndi də Sərkisyanın əli güclü deyil. Həm ölkə daxilindən ona qarşı mübarizə var, həm də Rusiyadan. Hər halda hər iki ölkəyə Qərb dövlətlərinin təlqini güclüdür. Çalışırlar ki, 7 rayonun azad olunması istiqamətində qərar qəbul etsinlər və bundan başqa münaqişənin sülh yolu ilə çözülməsi ilə bağlı öhdəliklər götürsünlər. 

Bu məsələdə Azərbaycanın öz mövqeyi var, istəyir ki, ərazi bütövlüyü təmin edilsin. Hər halda məsələnin həlli istiqamətində irəliləyişə nail olunacağı ehtimalı var».