vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TÜRK DÜNYASI  
11:24 | 1 noyabr 2014 | Şənbə Məqaləyə 1270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan erməniləri «ağıllı olmağa» çağırdı

«Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«On illərdir ki, Türkiyəyə 1915-ci ildə baş vermiş olaylarla bağlı haqsızlıq edilir. Çox təəssüf ki, 1915-ci il hadisələri ideoloji yanaşmadan, dezinformasiyadan uzaq tutularaq, araşdırılmayıb. Bizim bununla bağlı normal davranışlarımıza rəğmən Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi». APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyə bu məsələnin siyasət predmeti olmadığını, tarixçilərin öhdəsinə buraxılmasını təklif edib: «Biz arxivlərimizi açdıq, indiyə qədər 1 milyondan çox sənəd təsnif etmişik.

Ermənistanın əlində belə bir arxiv varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi araşdırmaçılar çalışsınlar. Biz də onların çıxardığı nəticələrə görə addım ataq». Türkiyə prezidenti bildirib ki, onlar Ermənistanla münasibətləri fərqli formada iştirak etmək üçün çalışıb, əllərini uzadıblar: «Təəssüf ki, xoş niyyətimizə qarşılıq görmədik. 2015-ci ildə də 1915-ci il olaylarının ildönümündə biz gerçəklərin anladılmasına, dünyanın həqiqətləri dinləməsinə çalışacağıq. Bu məsələdə ideologiyaya məriz qalan dezinformaniyanın deyil, tarixi həqiqətlərin uğur qazanacağına inanırıq».