vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
17:55 | 5 noyabr 2014 | Çərşənbə Məqaləyə 3147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kişilər aliment vermək istəmir»

«Azərbaycan hökumətindən xahiş edərdim ki, ...»

Anar KƏLBİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Son illər Azərbaycanda boşanma hallarının sayı xeyli artıb». AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı ombudsman Elmira Süleymanova deyib. Ombudsman bildirib ki, boşanmalardan ilk növbədə usaqlar və qadınlar əziyyət çəkir:

«Xüsusilə alimentlərin verilməsində ciddi problemlər var. Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər ki, bu da xeyli problemin yaranmasına səbəb olur. Ona görə də hesab edirəm ki, Azərbaycanda aliment fondu yaradılmalıdır. Dövlətimizin maliyyə imkanları da belə bir fondun yaradılmasına imkan verir».

E.Süleymanova qeyd edib ki, Azərbaycanda böyrək çatışmazlığı, dializdən əziyyət çəkənlərin sayı da xeyli dərəcədə artmaqdadır:

«Bu xəstəliklər son illərdə daha çox usaqlar, gənclər arasında özünü göstərməkdədir. Ona görə də Azərbaycan hökumətindən xahiş edərdim ki, növbəti ilin büdcəsində böyrək çatışmazlığı, dializdən əziyyət çəkən insanların müalicəsi üçün ayrılan vəsaitin həcmini artırsınlar. Buna çox ciddi ehtiyac var».