vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
18:02 | 5 noyabr 2014 | Çərşənbə Məqaləyə 3433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BDU rektoru gileyləndi

«Belə universitetin necə reytinqi ola bilər?»

Anar KƏLBİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünyada universitetlərin reytinqi müəyyənləşdirilərkən orada yataqxanaların olması da mütləq nəzərə alınır».

AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.

Rektor universitetin yataqxanasının olmamasından gileylənib: «BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın isə müəllim heyəti çalışır. Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur. Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar? Hesab edirəm ki, artıq universitetlərin yataqxanalarla təmin olunması məsələsi öz həllini tapmalıdır».