vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SOSİAL  
18:09 | 5 noyabr 2014 | Çərşənbə Məqaləyə 2405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hərəkət yoxdur»

Arif Rəhimzadə nədən narazıdır?

Anar KƏLBİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Artıq 3 ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişilməyib. Hesab edirəm ki, bələdiyyələrə ayrılan vəsaiti 2 dəfə artırsanız belə, bu, heç də onların fəaliyyətini yaxşılaşdırmaq üçün böyük məbləğ olmaz».

AzVision.az xəbər verir ki, bu sözləri Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisdə 2015- ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri hesab edir ki, bu rəqəm hər dəfə artırılmalıdır: «Bələdiyyələrinə fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gəldikdə hərəkət yoxdur».