vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
22:52 | 11 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naziri həmcinsi əvəzlədi

Gürcüstanın yeni XİN rəhbəri də qadın oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan baş naziri yeni xarici işlər naziri təyin edib. Azvision.az-ın məlumatına görə, İrakli Qaribaşvili jurnalistlər üçün xüsusi təşkil olunun brifinqdə bəyan edib ki, ölkənin yeni XİN rəhbəri Tamar Beruçaşvili olacaq.

Beruçaşvili uzun müddətdir ki, Gürcüstan XİN-də işləyir. O, Avrointeqrasiya üzrə nazirin müavini işləyib. Beruçaşvili daha əvvəl Qaribaşvilinin vəzifəsindən kənarlaşdırdığı müdafiə naziri İrakli Alasaniyaya dəstək verərək vəzifədən gedən Mayya Pancikidze ilə birgə istefa verib. Lakin baş nazirlə söhbətdən sonra Beruçaşvili nazirlikdə işə qayıdıb.

Təqdimat zamanı baş nazir vurğulayıb ki, yeni nazir Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasının tərəfdarıdır və onlar bu işin həyata keçməsi üçün maksimum səy göstərəcəklər.

Qeyd edək ki, noyabrın 5-də Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.