vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
21:49 | 12 noyabr 2014 | Çərşənbə Məqaləyə 1123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MTN-dən açıqlama

Nazirlik İŞİD-in Bakı bazası barədə xəbərləri əsassız adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda İŞİD-çilərin «Baku Paintball Center»dəki atıcılıq meydanında hərbi baza yaratmaqları ilə bağlı yayılan məlumatlara münasibət öyrənmək üçün Milli Təhlükəsizlik Nazirliyinə sorğu yolladıq.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən anspress-in sorğusuna cavab olaraq bildirildi ki, yayılan informasiyaların heç bir əsası yoxdur.

 «Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur«, - deyə bildirilib. 

Qeyd edək ki, Bakıda İŞİD-çilərin yetişdirməsi barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki «Baku Paintball Center»dəki atıcılıq meydanında İŞİD-çi dəstələrinin formalaşdırıldığı iddia olunur. 

Yayılan məlumatlara görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.

Məsələyə aydınlıq gətirmək üçün «Baku Paintball Center» ilə əlaqə yaratdıq. Fikrət adlı şəxs açıqlamasında yayılan məlumatların yalan olduğunu dedi. 

 «Elə şey olar ki, burada terrorçular məşq etsinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərsiz olsun? Yalan söhbətdir. Kimsə düşmənçilik məqsədilə belə xəbərlər yayır», - deyə Fikrət bəy bildirdi.