vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
12:35 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 1241 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizə kömək edin...»

Kəlbəcər girovunun ailəsi cəmiyyətə müraciət etdi

Şahanə RƏHİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Üstündən bir ay keçməsinə baxmayaraq, hələ də qardaşıma göndərdiyim məktubdan bir xəbər çıxmayıb». Bunu AzVision.az-a Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

Bildirib ki, ötən ay Qırmızı Xaç Cəmiyyətin Azərbaycandakı nümayəndəliyinə göndərdiyi məktubun Şahbaz Quliyevə çatıb-çatmamasından xəbərsizdir. 

«Artıq bir aydan çoxdur ki, qardaşımın adına məktub yazmışıq, ancaq hələ də onun Şahbaza çatması haqqında məlumatımız yoxdur. Nə də ki, onun özündən hansısa məktub və ya yeni bir məlumat əldə edə bilirik. Çox narahatıq. Bizə kömək edin, bilmirik nə edək. Məhkəmədən çəkilən kadrlarda da görünür ki, çox arıqlayıb. Səhhətinin necə olması haqqında heç olmasa hansısa bir məlumat və ya yeni foto verilsə, bir az rahat olarıq», - deyə İ. Quliyev qeyd edib. 

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba torpaqlarına səfər etmiş azərbaycanlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Ötən gün Qondarma Dağlı Qarabağ Respublikasında qurulan «məhkəmə» qarşısına çıxarılıblar. 

Öz torpaqlarında işğalçılar tərəfindən məhkəməyə çıxarılan azərbaycanlılar müxtəlif cinayətlər törətməkdə günahlandırılır.