vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
13:49 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 985 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Apple» də Azərbaycana qarşı təxribata yol verdi

Problem şirkətin istifadə etdiyi xəritə ilə bağlıdır

«Apple» şirkətinin «İphone» telefonlarında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan əraziləri Ermənistan ərazisi kimi təqdim edilir.

«Trend»-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində sosial şəbəkələrdə məlumatların paylaşılması zamanı, eləcə də GPS koordinatları axtarılan zaman yerin adı Azərbaycan deyil, Ermənistan ərazisi kimi göstərilir. Mövcud sistem istifadəçinin düzəlişini qəbul etmədiyindən şəbəkə istifadəçisi olan şəxs telefonunda həmin səhvi də qətiyyən düzəldə bilmir.

Sosial şəbəkəyə kompüter vasitəsilə daxil olduqda isə «İphone»-un yalnız bəzi yer adları ilə bağlı yaratdığı səhvləri aradan qaldırmaq mümkün olur. Məlumat şəbəkəyə telefon vasitəsilə yerləşdirildiyindən kompüter bütün məlumatların düzəlişini qəbul etmir.

Qeyd edək ki, bu gün mobil telefon şirkətləri vahid xəritədən istifadə etmirlər. «İphone» telefonlarında da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan ərazilərinin Ermənistan ərazisi kimi təqdim edilməsinin əsas səbəbi həmin şirkətin istifadə etdiyi xəritə ilə bağlıdır. Hər bir şirkət fərqli mənbələrə istinad etdiyindən fərqli xəritələrdən istifadə edirlər ki, nəticədə də belə vəziyyət yaranmış olur.

«Apple» şirkətinin MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Denis Yurçenko məsələ ilə bağlı sorğusunu cavablandıra bilməyəcəyini söyləyib.