vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:22 | 19 noyabr 2014 | Çərşənbə Məqaləyə 2652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100 milyardlıq bazarlıq

Putin Ərdoğanla görüşə gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Avropa.info-nun məlumatına görə, Putini Türkiyə səfərində 10 nazir müşayiət edəcək.

Rusiya prezidentinin Türkiyəyə səfərinin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakıdır. Putin Ərdoğanla birlikdə iclasa sədrlik edəcək.

Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılması barədə danışılacaq.

Toplantıda iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq müzakirə olunacaq.

Bundan başqa, Türkiyədən Rusiyaya meyvə və tərəvəz ixracı, Rusiyada yaranan qıtlığın aradan qaldırılması ilə bağlı danışıqlar aparılacaq.

Enerji sahəsində isə Ağquyu nüvə stansiyasında işlərin sürətləndirilməsi perspektivləri araşdırılacaq.

Qeyd olunur ki, istər Ankara, istərsə də Moskva ticarət həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmaqda maraqlıdır.