vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
18:29 | 19 noyabr 2014 | Çərşənbə Məqaləyə 1665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O qədər həvəssiz işləyirlər ki...»

AMEA prezidenti institutları topa tutdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib. Lent.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti A. Əlizadə qeyd edib ki, iclasda bölmələrin katiblərinin bir çoxu iştirak etmir: «Təəssüf ki, institutlar, elmi bölmələr reklam materialları və broşuralar hazırlamır və onları AMEA rəhbərliyinə təqdim etmirlər. Bu yaxınlarda Almaniyada səfərdə oldum. Səfərə gedərkən akademiyanın institutları haqqında məlumat bukletləri apara bilmədim. Bukletləri hazırlayarkən də bu işləri o qədər həvəssiz görürlər ki, onu kiməsə təqdim etməyə utanırsan».

İclasın davamında akademik Rasim Əliquliyev də institutların tanınması üçün yeni addımların atılmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, institutların giriş lövhələri, onlar barədə yayılan məlumatların stili və forması dəyişilməlidir. Bununla bağlı hər bir institut rəhbərliyi müvafiq işlər görməlidir.