vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:46 | 20 noyabr 2014 | Cümə axşamı Məqaləyə 1078 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistanı qınayırıq»

Avropalı deputat: «Sərhədlərin hərbi yolla dəyişdirilməsi yolverilməzdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Amjad Başir Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirməsi barədə Avropa İttifaqının mövqeyi, eləcə də baş verən son hadisələrdən danışıb.

ANS PRESS-in məlumatına görə, o deyib ki, Avropa İttifaqı bununla bağlı mövqe bildirməlidir: «Sərhədlərin dəyişdirilməsi, xüsusilə də hərbi yolla dəyişdirilməsi yolverilməzdir. Ukraynanın ərazi bütövlüyünün pozulmasını düzgün hesab etməyərək biz Avropa Parlamentində Russiya əleyhinə sanksiyalar barədə danışırıq. Krımın ilhaqı səhv addımdır. Şərqi Ukraynada baş verənləri də qınayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünün pozulması, qonşu ölkə tərəfindən anneksiya edilməsi, ərazisinin bir hissəsinin güc yolu və separatçılıqla qoparılmasını da qınayırıq. Həll yoluna danışıqlar vasitəsilə nail olmaq lazımdır. Dil və mədəniyyət məsələləri ilə bağlı ziddiyyətlər milli dövlət çərçivəsində müzakirə olunmalıdır».

Onun sözlərinə görə, XXI əsrdə müharibə və silah yolu ilə problem həll etmək, bu istiqamətdə irəliləmək düzgün deyil. Bu problem Azərbaycan xalqı ilə həll etmək gərəkdir ki, erməni xalqı da, Azərbaycan xalqı ilə bir masa arxasına oturmalıdır.