vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
14:12 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 4607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 rayonun prokuroru ...

... 5 rayonunsa polis rəisi dəyişdirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru, Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

***

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Balakən rayon Polis Şöbəsinin rəisi Rasim Mustafayev Ağdaş rayonuna, Ağdaş Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev Quba rayonuna, Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənzadə Balakən rayonuna, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə Zərdab rayonuna polis rəisi təyin ediliblər.