vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:28 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər ABŞ-da pul dilənir

Qondarma respublikanın saxta prezidenti yalan danışmaqdan bezmir

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qondarma «Dağlıq Qarabağ Respublikası»nın prezidenti Bako Saakyan ABŞ-ın Los-Anceles şəhərində təşkil olunan «Telemarafon-2014»-un qala tədbirində iştirak edib. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən qala tədbirdə çıxış edən qondarma «prezident» «Respublika»dakı həyat tərzi, daxili və xarici siyasət, regional proseslərdən danışıb. O, həmçinin diaspora ilə əlaqələrin vacibliyini vurğulayıb.

«Telemarafon-2014»ün əsas məqsədi olan Vardenis-Ağdərə avtomagistralının tikintisi barədə danışan Saakyan bu proqramının «Dağlıq Qarabağ Respublikası» və ümumən erməni xalqı üçün strateji əhəmiyyətindən danışıb.

Saakyanla yanaşı tədbirdə Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sarkisyanda iştirak edib.

Qeyd edək ki, Ermənistanın Ümumilli «Hayastan» fondu tərəfindən keçiriləcək telemarafon noyabrın 27-də keçiriləcək. Fondun Los-Ancelesdəki ofisində keçiriləcək 12 saatlıq marafon zamanı dünya erməniləri xüsusi açılan bank hesablarına ianələr köçürəcəklər.

Qeyd edək ki, buna qədər keçirilən qədər keçirdiyi 16 telemarafon vasitəsilə Ermənistana və Dağlıq Qarabağa 250 milyon dollar vəsait toplanılıb.