vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:12 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şuşada döyüşən jurnalistin erməniylə işbirliyi

Əfqan Muxtarlı keçmişdəki «günah»larını yumaq üçün Armen Karapetyana donosçuluq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin sonlarında Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər ənənəvi və yeni mediada hələ də müzakirə olunur. Çexiyada fəaliyyət göstərən və Ermənistanla bağları ifşa olunmuş «People in Need» təşkilatının Forumda törətdiyi təxribat həm Batumidə, həm də Azərbaycanda kəskin etirazlar doğurdu. Forumun rəhbərliyində təmsil olunan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi Vüqar Bayramlı onu da açıqladı ki, çex təşkilatı dəfələrlə Dağlıq Qarabağ ermənilərinin platformada «müstəqil dövlət»in nümayəndələri kimi qəbul olunması üçün israr edib. Ancaq çox təəssüflər olsun ki, həmin qurum haqqında yetərincə məlumatlar ortaya qoyulmasına baxmayaraq, Azərbaycanda «People in Need» təşkilatının heç də ermənipərəsət olmadığını iddia edən, əvəzində, onun Forumda sözügedən fəaliyyəti barədə Batumidən Bakıya məlumatlar göndərmiş «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunu hədəfə alanlar tapıldı.

«Gündəlik Teleqraf» qəzetinin məlumatına görə, «Azadlıq» radiosunun əməkdaşı, son zamanlar özünü hüquq müdafiəçisi kimi təqdim etməyə başlayan Xədicə İsmayılovanın ətrafında cəmləşmiş belə şəxslər arasında Əfqan Muxtarlı xüsusi fəallığı ilə seçildi. Ancaq «Gündəlik Teleqraf» qəzetinin şef-redaktoru Taleh Şahsuvarlının açıq qaynaqlarda apardığı araşdırmalar nəticəsində məlum olub ki, Əfqan Muxtarlının bu canfəşanlığı heç də təsadüfi deyilmiş. 

Belə ki,  Əfqan Muxtarlı «Civil-forum.az» domenində fəaliyyət göstərən, adı Azərbaycan oxucusuna yetərincə tanış olmayan bir internet portalının əməkdaşı qismində «sərbəst jurnalist» deyə təqdim olunan erməni Armen Karapetyanla qoşa imza ilə icmallar hazırlayır. Əsasən  Azərbaycan və Ermənistan arasında mövcud münaqişə barədə xəbərlər əsasında hazırlanan həmin icmallarda erməni propoqandasına xidmət edən ifadələrə və rəylərə tez-tez rast gəlmək olur.  Məsələn, işbirliyində olan müəlliflər «Qarabağ rəsmiləri» ifadəsindən gen-bol yararlanırlar ki, Azərbaycan Xankəndində heç bir rəsmi qurum tanımadığından bu ifadənin düşmən ölkənin propoqandasına xidmət etdiyi şübhəsizdir.  

«Civil-forum.az» səhifəsində verilən məlumatlardan aydın olur ki, sayt baş ofisi Londonda (Böyük Britaniya) yerləşən Hərb və Sülh İcmalları İnstitutunun (IWPR) Bakıdakı nümayəndələri tərəfindən təqdim olunur. Ancaq həmin nümayəndəliyin kimlərdən ibarət olması haqqında səhifədə heç bir məlumat verilmir. Saytın «bizimlə əlaqə» bölməsində də həmin nümayəndələrə ancaq elektron qaydada müraciət etmək mümkündür- heç bir ünvan, telefon nömrəsi yoxdur.

Hərb və Sülh İcmalları İnstitutunun rəsmi saytında- www.iwpr.net resursunda verilən bilgiyə görə, qurum konflikt bölgələrində və cəbhə xətlərində yaşayan əhali ilə işləyir, uyğun kriteriyadakı müxtəlif sosial qruplara dəstək verir, o cümlədən vətəndaş jurnalistikasını və ənənəvi medianın nümayəndələrini sülh prosesinə cəlb edir. Ancaq saytın səhifəsinə göz gəzdirəndə o da məlum olur ki, Hərb və Sülh İcmalları İnstitutu siyasi proseslərə də laqeyd yanaşmır. Eynilə «People in Need» təşkilatı kimi «Azərbaycanda insan hüquqlarının pozulması»na xüsusi diqqət ayıran təşkilat Ermənistandan daha çox analitiklər üçün maraqlı ola biləcək məlumatlar yayır.  

Əgər xatırlayırsınızsa, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Borisə Bakıdan dəstək var» deyə Batumidə emosiyaların qızğın olduğu anlarda Azərbaycanın informasiya məkanında yayılan məlumatların anında tərcümə olunaraq Ermənistan nümayəndə heyətinin rəhbəri Boris Navasardyana göndərildiyini bəyan etmişdi. Materialların belə operativ və sistemli şəkildə Navasardyana ötürülməsi belə qənaət yaradırdı ki, bu fəaliyyət heç də «könüllülər təşəbbüsü» deyil- Bakıda xüsusi mərkəz var. 

Bu mərkəz isə böyük ehtimalla Əfqan Muxtarlının Armen Karapetyanla imzalarını qoşalaşdıran, onların işbirliyini təmin edən Hərb və Sülh İcmalları İnstitutunun Bakı nümayəndəliyidir. 

Bu ehtimalı qüvvətləndirən səbəblər odur ki, Əfqan Muxtarlı hətta Azərbaycan dilində də səlis yaza bilmir, o, rus, ingilis, erməni dilllərini də bilmədiyindən Armen Karapetyanla necə ünsiyyət saxladığı, icmal formasında hansı peşəkar səviyyəsinə arxalanıb materiallar hazırladığı suallar doğurur.  Bu isə öz növbəsində belə bir güman da yaradır ki, Əfqan Muxtarlının Armen Karapetyanla imzası formal olaraq qoşa dərc olunur, əslində o yazıların müəllifi başqa şəxs- bəlkə də birincini bu cür layihələrə cəlb etməklə maliyyə yardımı göstərən Xədicə İsmayılovanın şəxsən özüdür. 

Armen Karapetyanın imzadaşı Əfqan Muxtarlı isə tez-tez cəbhə bölgəsindən reportajlar hazırlayır, Azərbaycan müdafiə nazirliyi ilə bağlı «araşdırmalar» aparır. Hətta Azərbaycan Silahlı Qüvvələrinin çavuşu İlkin Muradov Ağdamda düşmən helikopterini sərrast atəşlə yerə endirdiyi xəbərləri mediada yayılanda o, öz Facebook profilində Azərbaycan ordusunu aşağılayan statuslar paylaşdı.  Bütün bunları nəzərə alanda Əfqan Muxtarlının cəbhə bölgəsindən və Müdafiə Nazirliyinin funksional fəaliyyəti barədə topladığı məlumatları açıq qaynaqlarda yayınlanmaq üçün Armetn Karapetyanla bölüşməsindən savayı, daha kimə və necə ötürdüyü də ən azı ehtiyatla qarşılanmalıdır. Sirr deyil ki, istənilən ölkənin kəşfiyyatı şəxsi, peşəkar və ictimai-siyasi həyatında uğursuzluğa düçar olan tamahkar tipləri öz agentinə daha tez çevirir. Əfqan Muxtarlının şəxsi həyatı faciələrdən ibarət olmaqla yanaşı, onun foto-müxbir kimi çalışdığı «Yeni Müsavat» qəzetindən hansı xarakteristika ilə qovulduğu, üzvü olduğu Müsavat partiyasından dışlandığı, o cümlədən reket jurnalistikasına meyli məlum məsələdir.  Leyla Yunus, Xədicə İsmayılova, Mətanət Əzizova kimi tiplərin kölgəsinə çevrilmiş bu şəxsin jurnalist vəsiqəsi arxasında gizləndiyi aşkardır.  

Maraqlı məqamlardan biri də budur ki,  Əfqan Muxtarlının işbirliyində olduğu erməni Armen Karapetyan haqqında internet axtarış sistemləri vasitəsi ilə hər hansı ətraflı məlumat tapmaq müşkül məsələdir. Google Armenin hətta şəklini də üzə çıxarmır. 

Odur ki, Əfqan Muxtarlı işbirliyində olduğu Armen Karapetyanı haradan və necə tanıdığı, onunla hansı kanallar vasitəsi ilə ünsiyyət qurduğu, birgə yazılarının yazılma prosesdurasını, o cümlədən bu fəaliyyətdən qazandığı məbləğ barədə cəmiyyətə açıqlama verməlidir. Bizim Müdafiə Nazirliyinin, xüsusən də kəşfiyyat strukturları isə Armen Karapetyanın kimliyini araşdırmalı, onun «müstəqil jurnalist», yoxsa  Ermənistanın Milli Təhlükəsizlik zabiti olub-olmamasını müəyyən etməlidir.   

Vaxt.az-dan: Bildirək ki, Əfqan Muxtarlı 1992-ci ildə Şuşa özünümüdafiə batalyonunun tərkibində ermənilərə qarşı döyüşdüyünü iddia edir. Ehtimal olunur ki, o, donosçuluq «xidməti»ni erməni şovinistlərinin qarşısındakı günahlarını yumaqdan ötrü göstərib.