vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:32 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olanddan gözlənilməz zərbə

Fransa Rusiyanın iki gəmisini təhvil vermir

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyətlə əlaqədar «Mistral» tipli helikopter daşıyıcı gəminin Rusiyaya verilməsinin dayandırılması ilə bağlı qərara qəbul edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın «RİA Novosti» Yelisey Sarayının yaydığı bəyanata istinadən xəbər verir.

«Respublika Prezidenti hesab edir ki, hazırda Ukraynanın şərqində hökm sürən vəziyyət birinci «Mistral»ın Rusiyaya verilməsinə imkan vermir. Bununla əlaqədar olaraq «Mistral»ın Rusiyaya təqdim olunması prosesi yeni sərəncam verilənə qədər təxirə salınır», - deyə yayılan bəyanatda bildirilir.

«Vladivastok» adlı «Mistral» tipli ilk helikopter daşıyıcı gəmi Rusiya Hərbi Donanmasına hələ noyabrın 14-ü təqdim olunmalı idi.

Xatırladaq ki, 2011-ci ildə Fransa dəyəri 1,2 milyard avro olan hücum vertolyotları və zirehli texnikaları daşıyan 2 müasir gəminin inşası və Rusiyaya satılması haqqında müqavilə imzalayıb. 1-ci gəminin oktyabr və ya noyabr aylarında, 2-cinin isə 2015-ci ildə çatdırılması planlaşdırıldı.