vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TOP OYUNLARI  
13:20 | 1 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qaralardan zəhləm gedir»

İrqçi hakim yenə qalmaqal yaratdı

Telman

MÖVZU İLƏ ƏLAQƏLİ

Sankt-Peterburqun «Zenit» futbol klubunun braziliyalı hücumçusu Halk hakim Aleksey Matyuninin onu irqi zəmində təhqir etdiyini deyib.

Virtualaz.org saytının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu hadisə Rusiya çempionatının 15-ci turunda «Mordoviya»-«Zenit» oyununda baş verib.

«Mən sakitcə hakimə onunla söhbət etmək üçün yaxınlaşdım. Əlimi onun çiyninə qoydum. O isə təkəbbürlü halda mənə bunu etməməyimi dedi. Mən hakimlə sakit formada danışırdım. O isə əksinə, əsəbiləşməyə başladı. Daha sonra dedim: «Sən irqçisən?» O da cavabında dedi ki, «Sən mənim xoşuma gəlmirsən və mənim qaralardan zəhləm gedir» - deyə braziliyalı futbolçu vurğulayıb.

Hakim isə «Sport-Ekspress» nəşrinə müsahibəsində bütün ittihamları rədd edib. O, həmçinin qeyd edib ki, məhkəmədə öz hüquqlarını müdafiə etməyə hazırdır.

«Mən inanmıram ki, Halk mənim haqqımda belə bir söz desin. Çünki biz hər ikimiz bilirik ki, bu belə deyil. Kimisə irqçilikdə ittiham etmək çox ciddi məsələdir. Belə bir hərəkətə görə vətəndaş Cinayət Məcəlləsinə uyğun olaraq cəzalanır. İttiham etmək üçün sübut və ciddi əsaslar olmalıdır. Onu da qeyd edim ki, əvvəlcədən planlaşdırılan böhtanın özü də böyük bir cinayətdir. Bu böhtanı sübut etmək mənə çətin olmayacaq. Hazırda biz atılan böhtanın mənbəsi ilə bağlı araşdırmalar aparırıq» - deyə Aleksey Matyunin bildirib.

Qeyd edək ki, 2011-ci ildə II divizionda çıxış edən «Volqa» (Tver) futbol klubunun rəhbərliyi də hakim Aleksey Matyunindən şikayət etmişdi. «Volqa»-«Saturna-2» oyununu idarə edən Aleksey Matyunin matç zamanı Tver klubunun oyunçusu Albert Hacıbəyovun ünvanına kobud sözlər işlətmişdi. Bu hərəkətə görə Rusiya Etika Komitəsi hakimi bir il ərzində iki dəfə diskvalifikasiya edib. Ancaq hər dəfə Apelyasiya Komitəsi ona müraciət edən Aleksey Matyuninin xahişini yerinə yetirib.