vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
13:14 | 5 dekabr 2014 | Cümə Məqaləyə 940 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunlar doğrudanmı müəllimdirlər?»

6 ayda 3 belə işgəncə faktı çox deyil?

MÖVZU İLƏ ƏLAQƏLİ

05.12.14 - 6 ayda 3 belə işgəncə faktı çox deyil?...

Suraxanıdakı 7 saylı internat məktəbində 7 yaşlı Nahidin döyülməsindən 6 ay keçməyib.

İndi də 11 saylı internatdan xəbər gəlib. Əvvəlcə bir uşaq o birini yandırır, sonra isə digərini məcbur edirlər ki, bu soyuqda o birini şlanqla çimizdirsin.

Bunlar nə Daxauda baş verir, nə Bardufossda, nə də Treblinkada. Zaman da o zaman deyil. 21-ci əsrdir, 2014-cü il də başa çatır. Və... Və Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində mətbuat son 6 ayda 3 belə işgəncə faktı ilə qarşılaşır. Çox deyil?

Təhsil Nazirliyi bu tip müəssisələri qapalı elan edib. Ora quş quşluğu ilə enə bilmir. Bir kimsə girib tutaq ki, elə həmin Nahidə və yoldaşlarına hansısa bayramda pay da apar bilmir.

Hə, Təhsil Nazirliyinin əməlli bəhanəsi varmış: qapalı müəssisələrdir, çətin tərbiyə olunanlardır, daxil olmaq yasaqdır. Biz bu məqamlara qayıdacağıq. Amma yəqin nazirlik rəsmiləri bilməmiş də deyillər, qapalı müəssisələr haqqında əsasnaməyə görə, istər internat məktəbləri olsun, istərsə də digər müəssisələr, qapalılıq ümumiyyətlə ətraf aləmlə təcrid olunmanın bir xüsusi formasından söhbət gedir. 

Ancaq bu heç də o demək deyil ki, orda baş verənlər ictimaiyyətin, yaxud da jurnalistlərin nəzarətindən kənarda qalmalıdır. Jurnalist orda olan istənilən məsələ ilə bağlı müraciət edə və istənilən informasiyanı əldə edə bilər. Jurnalistin həmin müəssisəyə girişini qadağan etmək absurddur. Kimsə jurnalistləri belə internat məktəblərinə qapalı müəssisədir deyə, içəri buraxmırsa, tamamilə qanunsuz hərəkət edir. İnformasiya əldə olunmasında yalnız bir məhdudiyyət var. O da söhbət dövlət əhəmiyyətli və hərbi sirdən gedərsə.

Nazirlik Nahid olayından jurnalistləri müəssisəyə ancaq o zaman buraxdı ki, artıq o zavalı uşağa olan olmuşdu, o zavalı çocuğa başa salmışdılar ki, xeyr, onu müəllim döyməyib, o sadəcə üzü üstə yıxılıb, əzilib, gözü qaralıb. Və onda o da məlum olmuşdu ki, sən demə, “yağ-bal içində böyüyən” bu uşaqları müəllimləri öz balalarından fərqləndirmirlər, sadəcə bir-iki müəllim var ki, internatda intriqa aparır.

11 saylı internatda baş verənlər də mahiyyətinə görə fərqlənmədi. Adlarını belə çəkmək istəmədiyim bir müəllim, o birini ittiham edir, başqa birisi digərini təmizə çıxarır, bir valideyn isə hətta bu mərəkəni təşkil edən müəllimi müdafiə də edir. Bir sözlə, intriqa yuvası.

Cənablar, yoldaşlar, bəylər, xanımlar, bu internat məktəbi nə imiş ki, belə intriqa yuvasına çevrilib? Nəyi bölə bilmirsiniz? Niyə acığınızı, hikkənizi uşaqlardan çıxırsınız? Bu zəkanın sahiblərini nədən ailə qayğısından uzaq olan bir müəssisəyə tərbiyəçi göndərirsiniz? Bunların psixoloji vəziyyətini yoxlayırsınızmı ümumiyyətlə? Və nəhayət, bunlar doğrudanmı müəllimdirlər? Bəlkə…

Bunlar bu internatlarda bağlı qapı arxasında uşaqların başına nə oyun açırlar?! Kimsə də bunlara “Dur” demir, hesabat istəmir. Bu uşaqlar psixi problemlər yaşayan “pedaqoq”ların, “tərbiyəçi”lərin əlində girov həyatı yaşayır. Bunun heç olmasa fərqindəsinizmi? Ən dəhşətlisi, insanı heyrətə gətirən də odur ki, təkcə bu ilin 6 ayı ərzində mətbuata məlum olan 3 hadisənin hamısının iştirakçısı

qadınlardır, analardır. Bu dəyərlərin sahibi olan müəllimlərdən nə gözləyək? Bu sula KİM cavab verə bilər?!

lent.az