vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
13:04 | 11 dekabr 2014 | Cümə axşamı Məqaləyə 1053 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onların əziyyətlərinin səbəbləri ...»

«Erməni ictimaiyyətinə informasiya dəstəyi layihəsi» start götürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqaz Tarixi Mərkəzi «vesti.az», «apa.az», «day.az» saytları ilə birlikdə «Erməni ictimaiyyətinə informasiya dəstəyi» layihəsini həyata keçirməyə başlayıb. Layihə texniki cəhətdən sözügedən saytlarda informasiya bloklarının yerləşdirilməsini nəzərdə tutur.

«Söhbət qədim zamanlardan müasir dövrümüzə qədər olan tarixi faktların işıqlandırlmasından gedir. Erməni auditoriyası öz vətənində bu məlumatları əldə edə bilmir. Həmin materiallar hər bir erməninin başa düşəcəyi rus dilində təqdim edilir. Ermənilər özlərini cəfakeş xalq adlandırırlar. Və bu məqamda onlarla razılaşmamaq mümkün deyil. Onların çəkdikləri əziyyətin əsas səbəbi budur ki, onlara öz keçmişləri barədə yalan məlumat verilir və obyektiv informasiya əldə etmələrinə imkan yaradılmır.

Erməniləri hazırki yaşayış ərazisində yerli əhali olduqlarına inandırmağa və onlara dünya birliyi tərəfindən qonşu dövlətlərin ərazi bütövlüyünün tanınmasının - uydurma olmasına əminlik hissinin tətbiq edilməsidir. Yeni layihəmizin məqsədi - erməni ictimaiyyətinə həqiqətin çatdırılmasıdır. Mən vesti.az, apa.az və day.az saytlarının rəhbərliyinə minnətdaram və digər media resursları əməkdaşlığa dəvət edirəm», - deyə layihənin təşkilatçısı Fuad Axundov qeyd edib.

İnformasiya blokları iki gün əvvəl istifadəyə verilib. Hazırda F.Axundovun kitablarını elektron versiyalarını informerlər bu ünvanlara yönəldir: www.nofalsify.com (alimlərin Cənubi Qafqazın tarixi haqqında fikirləri əsasında tərtib olunan «Saxtakarlıqları ifşa edənlər» kitabı) və www.azleadersays.com Azərbaycan Prezidentinin ən mühüm sitatları təqdim edilən («İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında» kitabı) www.azterrintegrity.org (dünya liderləri və beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında fikirlərinin toplandığı «İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında» kitab).