vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
14:14 | 15 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 2457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyənin kürd yox, erməni problemi var»

General Vəli Kiçik: «Azərbaycana gedib lazımi işləri görəcəyəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hrant Dinkin qətlində mənim izim olduğuna eyham vurmaq böhtan və iftiradır». Bu sözləri APA-ya açıqlamasında Türkiyənin istefada olan jandarma kəşfiyyat general-mayoru Vəli Kiçik deyib. «Hazırda həbsdə olan İstanbul polis idarəsi kəşfiyyat şöbəsinin keçmiş rəisi Əli Fuad Yılmazər «Aqos» qəzetinin naşiri Hrant Dinkin qətliylə bağlı bir neçə gün əvvəl şübhəli şəxs qismində ifadə verərkən qətlin ucunun sizə gedib çıxdığına eyham vurub. Bu barədə nə demək istərdiniz» - sualına Vəli Kiçik belə cavab verib:

«Bu, mənə qarşı atılmış növbəti böhtandır. İstintaqda və məhkəmədə bunun ağ yalan olduğunu dəfələrlə demişəm. «Ergenekon» adı verilən prosesdə bu işi mənim üstümə yıxa bilmədilər, indi həbsdən böhtan və yalanlara davam edirlər. Necə olur ki, çayxanalarda 2 cavan oğlanı göstərib «Bunlar Hrant Dinki öldürəcəklər» - deyirlər, ancaq kəşfiyyat bununla bağlı heç bir tədbir görmür?

Dəfələrlə demişdim ki, mən Hrant Dinki sevmirdim, sevməyə də məcbur deyildim, ancaq bu, o demək deyil ki, mən onun ölümünü ağlımın ucundan keçirmişəm. Belə şey mümkün ola bilməzdi. Bizim Şərqi və Cənubi-Şərqi Anadolu torpaqlarımızın üzərində «Böyük Ermənistan» dövləti qurmaq üçün planlar yapılır, niyə bundan danışmırlar? Ermənistanın ikinci partiyasının lideri bu yaxınlarda dedi ki, «Türkiyədə 4 milyon ad-soyad dəyişdirmiş erməni mənşəli insan yaşayır, Türkiyə parçalananda biz Şərqi Anadolu torpaqlarında Qərbi Ermənistan dövləti quracağıq». Mənim ölkəmin kürd problemi yoxdur, erməni problemi var. Abdullah Öcalan kürdlərin lideri ola bilməz, o, ad-soyadını dəyişdirərək Türkiyəni bölməyə hazırlaşan separatçı ermənilərin lideridir. PKK kürd yox, erməni təşkilatıdır. Baxın, Ermənistandakı partiya lideri Türkiyədə ad-soyad dəyişdirmiş 4 milyon erməninin Türkiyəni parçalayıb «Qərbi Ermənistan» quracağından dəm vurur. Bu durumda «Qərbi Ermənistan»ın başına kim keçmək istəyəcəkdi? Hrant Dink, yoxsa Sərkisyan?

Hrant Dinki Türkiyəyə qarşı bu məkrli planları həyata keçirmək istəyənlər öldürtdürdü, cinayəti 2 uşağın üstünə atıblar. Diaspora və Sərkisyan kimi mənim də Türkiyə torpaqları üzərində bu qədər böyük iddiam olsaydı, Hrant Dinki mən də yaşatmazdım. Vəziyyət çox mürəkkəbdir. Məhkəmə mənim xaricə çıxmağımı qadağan edib, o yasaq ləğv edilən kimi Azərbaycana gedib lazımi işləri görəcəyəm. Məni bu məsələləri bildiyimə və dilə gətirməyimə görə, 6 il həbsdə saxladılar. Əslində ASALA terror təşkilatına qarşı keçirilmiş əməliyyatların intiqamını Vəli Kiçikdən aldılar».

Qeyd edək ki, İstanbulda çıxan «Aqos» qəzetinin naşiri Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet redaksiyasının yerləşdiyi binanın qarşısında qətlə yetirilib. Məhkəmə qətli o vaxt 17 yaşında olan Ogün Samastın həyata keçirdiyinə hökm etsə də, qətlin həyata keçirildiyi dövrdə İstanbulda və Trabzonda yüksək vəzifələrdə işləmiş polis məmurları şübhəli şəxs və ya şahid kimi dindirilirlər.