vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
13:47 | 18 dekabr 2014 | Cümə axşamı Məqaləyə 2670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən çağırış

Əbülfəs Qarayev: «Sərvətlərimizi və dəyərlərimizi birgə qorumalıyıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi və dəyərlərimizi birgə qorumalıyıq». Bu sözləri TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev erməni tərəfinin UNESCO-da apardığı fəaliyyəti «mədəniyyət sahəsində müharibə» kimi qiymətləndirib: «Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq».