vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
14:52 | 18 dekabr 2014 | Cümə axşamı Məqaləyə 1156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnflyasiya sürətlənib»

Rusiya Dövlət Statistika Xidməti təsdiq edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin noyabr ayında Rusiya əhalisinin real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, ilin əvvəlindən bəri isə 0,3 faiz azalıb.

APA-nın «Vedomosti»yə istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.

İnflyasiya noyabrda 9,1 faiz təşkil edib. Oktyabr ayı ilə müqayisədə noyabrda inflyasiyanın artım tempi 1,6 dəfə sürətlənib. Dekabrın 15-nə inflyasiya artıq 9,7 faiz təşkil edib və son həftə ərzində 0,4 faiz yüksəlib.

Sutkalıq orta qiymət artımı dekabrın ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox olub. Devalvasiya ilə əlaqədar əhali öz rubl əmanətlərini xilas etməyin yolu və ehtiyat tədbir kimi kütləvi alışlara yönəlib. Belə ki, qeyri-ərzaq pərakəndə satış həcminin artımı noyabrda 4,8 faiz təşkil edib, oktyabrla müqayisədə noyabrda avtomobil satışı 8,5 faiz artıb və avtodilerlər bütün ehtiyatlarını realizə ediblər.    

«Brokerkreditservis» Maliyyə Qrupunun (FQ BKS) baş iqtisadçısı Vladimir Tixomirov real gəlirlərin azalması tendensiyasının güclənərək davam edəcəyini bildirib. Səbəb inflyasiyanın sürətlənməsi, dövlət sektorunda əməkhaqqı artımının dayanması, əmək haqlarının indeksləşdirilməsi templərinin azalması və iqtisadiyyatın resessiyasıdır. V. Tixomirov qeyd edib ki, 2009-cu il böhranında dövlətin ehtiyatı var idi və hökumət həm rublu, həm də əhalini dəstəkləyərək böhrandan çıxa bilmişdi. Lakin indi vəziyyət fərqlidir və pul yoxdur. 

Dünya Bankı xəbərdarlıq edib ki, 2015-ci ildə neftin qiyməti 70 dollardan çox olmasa, Rusiya iqtisadiyyatı qapalı dairəyə düşə bilər. Belə ki, resessiya (istehsalın və iqtisadiyyatın artım tempinin yavaşlaması) nəticəsində əhalinin gəlirləri və istehlakı azalacaq, istehlakın azalması isə öz növbəsində resessiyaya aparacaq.