vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
16:27 | 19 dekabr 2014 | Cümə Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Atam ona oğul kimi yanaşırdı»

İlham Əliyev: «Bu nəğmə ölkəmizin rəmzidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.

AzərTac-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.

Gəminin kapitanı Prezident İlham Əliyevə raport verib.

Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışan İlham Əliyev onun xatirəsinin xalqın qəlbində yaşayacağını vurğulayıb:

«Bu gün həqiqətən gözəl bir gündür. Müslümün adı verilən bu gəmi gözəl ölkəmizə, Müslümün çox sevdiyi, bağlı olduğu, şərəfinə «Azərbaycan» adlı çox gözəl mahnı bəstələdiyi vətəninə xidmət edəcək. Bu gün bu nəğmə ölkəmizin rəmzidir. Müslümün bəstələdiyi «Dəniz» mahnısı bizim şəhərimizə, dənizə olan məhəbbətini əks etdirir. Yəqin ki, dəniz haqqında daha yaxşı mahnını heç kəs bəstələməyib. Bu gün bu, bizim əziz Müslümümüzün, Azərbaycan xalqının fəxrinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addımdır. İlk, amma sonuncu addım deyil. Gələcəkdə də addımlar atılacaq. Onun adı bizim xatirəmizdə, qəlbimizdə, Azərbaycan xalqının, Rusiyanın ürəyində əbədi yaşayacaq. Çünki o, həmişə deyirdi ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır. Müslüm Azərbaycanda anadan olub, formalaşıb, məşhurlaşıb, Rusiyada isə ümumdünya şöhrəti qazanıb, öz yaradıcı potensialını tam reallaşdıra bilib. Nadir şəxsiyyət, çoxtərəfli istedad olub. Bir şəxsiyyətdə bu qədər istedadın birləşməsini təsəvvür etmək çətindir. Amma bu, həqiqətən belə idi. Onu tanıyanlar bunu bilirdilər. Bununla yanaşı, Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir. Cəhdlər çoxdur. Bu, başadüşüləndir, onun mahnılarını ifa etmək arzusunda olanlar çoxdur. Mən bunu alqışlayıram. Çünki bu mahnılar yaşamalıdır. Lakin bu günə qədər heç kim bu mahnıları Müslüm kimi ifa edə bilməyib. Düşünürəm ki, bundan sonra da bunu edə bilməyəcəklər. Bu gün də hər dəfə onun mahnılarını dinləyəndə sevinc hissi duyuruq, Müslümün bizi çox tez tərk etməsindən isə kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır.

Biz onunla çox yaxın dost olmuşuq, bir-birimizə böyük rəğbət və hörmətlə yanaşmışıq. Çox şadam ki, bu gün Tamara və Mehribanla gəmidə Müslümün atamla birlikdə olduğu və onların münasibətlərini əks etdirən fotolara baxdıq. Atam ona oğul kimi, o isə Heydər Əliyevə ata kimi yanaşırdı. Düşünürəm ki, bizim ailəvi münasibətlərimizdə hökm sürən ab-hava bütün cəmiyyətə sirayət edib. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar».