vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
21:37 | 19 dekabr 2014 | Cümə Məqaləyə 2437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya XİN-in etirafı

«Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Almaniya Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlayır».

APA-nın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilib. Məlumatda qeyd olunub ki, AFR XİN-nin dövlət katibi Stefan Ştaynlayn 12 dekabr tarixində Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Pier Andrie (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Andrey Kasprşik ilə görüş keçirib: «Görüşdə Ermənistan və Azərbaycan arasında artıq 20 ildən artıq davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və həll prosesində Avropa İttifaqının daha fəal iştirakı məsələləri müzakirə edilib.

ATƏT-in Minsk Qrupu 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal olunmuş, beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişənin siyasi yolla həlli prosesinə rəhbərlik edir. Həmsədrlər bununla bağlı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla məxfi danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Eyni zamanda 2014-cü ildə atəşkəs xəttində ölüm hallarının aşkar şəkildə artması, habelə 12 noyabr tarixində erməni hərbi helikopterinin Azərbaycan tərəfindən vurulması qeydə alınıb».