vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
23:08 | 22 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 3582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tolstoyun 7 qəribəliyi

Nobeldən imtina edən dahi ot biçir, yer şumlayır, hətta pinəçilik edirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük rus yazıçısı Lev Tolstoyun həyatında və davranışındakı qəribəliklər dövrünün ədəbi-ictimai mühitinin nəzərindən qaçmayıb. 1906-cı ildə əsərlərinin Nobel mükafatına təqdim olunmasına qarşı çıxandan sonra isə onun şəxsiyyətinə maraq daha da artdı. Qraf Tolstoy bu addımını pula münasibəti ilə əlaqələndirmişdi.

1. «Anna Karenina» romanının ən gözəl səhifələrinin birində ot biçininin təsvir edilməsi təsadüfi deyil. Tolstoy kəndlilərlə çiyin-çiyinə ot biçməyi sevirdi, bunu heç də özünü göstərmək üçün etmirdi. O, kəndli əməyini səmimi qəlbdən təqdir edir, ağır fiziki əməyə hörmət göstərirdi. Bəzən böyük zövqlə, həm də bacarıqla çəkmə tikib qohumlarına bağışlayır, ot biçir, yer şumlayırdı. Onun bu əməllərindən kəndlilər heyrətlənir, arvadı isə qəzəblənirdi.

2. Tolstoy gəncliyində də, ahıl vaxtı da sakit və müdrik həyat tərzi keçirməyib. Hətta gənclik illərində mülahizələrində qəti olub, düşünmədən hərəkət edib, bəzən kobudluqdan çəkinməyib. Elə qələm yoldaşı İvan Turgenyevlə münaqişəsi də bu xasiyyəti üzündən yaranıb. Tolstoyun kobudluğuna dözməyən Turgenyev onu duelə çağırıb. Xoşbəxtlikdən daha soyuqqanlı olduğuna görə üzr istəyib, beləliklə də münaqişə sülhlə nəticələnib.

3. Yazıçı 1882-ci ildə Moskvada keçirilən əhalinin siyahıya alınmasında könüllü iştirak edib. Əsas məqsədi camaatın güzəranı ilə yaxından tanış olmaq, yoxsulları aşkara çıxarmaq, onlara yardım göstərmək olub. Tolstoy xüsusi analizlə yanaşı, xeyriyyəçilik məqsədi güdür, pul yığıb kasıblara kömək etmək, onları işə düzəltmək, uşaqları məktəbə yazdırmaq, yurdsuzlara sığınacaq düzəltmək istəyirdi. Bunun üçün şəxsən sığınacaqlara gedir, bununla bağlı mətbuatda və şəhər dumasında məsələ qaldırırdı.

4. İllər keçdikcə Tolstoy daha çox mənəvi axtarışlara fikir verir, məişətlə az maraqlanır, demək olar ki, zahid həyatı keçirirdi. O, fiziki əməklə məşğul olur, quru döşəmənin üstündə yatır, bərk soyuqlar düşənəcən ayaqyalın gəzir, bununla da sadə xalqın yanında olduğunu büruzə verirdi. O, ömrünün son günlərinəcən fiziki çevikliyini və ruhi siqlətini saxlamışdı. Yazıçı hər cür fiziki təmrini sevir, piyada gəzintiyə xüsusi həvəs göstərirdi. Təsadüfi deyildi ki, o, 60 yaşlarında olanda üç dəfə Moskvadan Yasnaya Polyanaya piyada getmişdi. Bundan başqa qraf xizək, velosiped  sürür, atla gəzir, göldə üzür, hər səhər gimnastikayla məşğul olurdu.

5. Tolstoy pedaqoji işlə də ciddi məşğul olurdu. O, Yasnaya Polyanadakı malikanəsində kəndli balaları üçün məktəb açmışdı. Onun tədris üsulu çox maraqlı idi: yazıçı azad tərbiyəyə xüsusi üstünlük verirdi, şagirdlər məşğələlərində istədikləri kimi otururdular. Müəyyən bir dərs proqramı yox idi, bununla belə, nəticə sevindirici olurdu. Üstəlik, vaxt tapıb şagirdlərlə də məşğul olur, hətta uşaq kitabları yazıb çap etdirirdi.

6. Böyük yazıçının kilsəylə münaqişəsi həyatının ən qəribə və kədərli səhifələrindəndir. O, ömrünün son iyirmi ilində xristianlıqla bütün bağlarını qoparmışdı, dini ehkamlara əməl etmirdi. Tolstoy rəsmi kilsənin nüfuzunu şübhə altına alır, ruhaniləri tənqid edir, dinin daha geniş mənada dərk edilməsinə can atır, islam dininə rəğbətlə yanaşırdı. Dinlə bağlı silsilə yazılarından sonra Müqəddəs Sinod 1901-ci ildə yazıçını, demək olar ki, kafir elan etdi.

7. Tolstoy ailəsini atıb pay-piyada səyahət etmək fikrinə düşəndə 82 yaşı vardı. O, arvadına vida məktubu yazıb, şəxsi həkiminin müşayiətilə Yasnaya Polyanadan çıxıb, məqsədsiz-filansız dolaşmağa gedib. O, cənubda bir qohumuna baş çəkmək, sonra Qafqaza yollanmaq fikrində idi. Amma yolda soyuqlayıb sətəlcəm oldu və 1910-cu il noyabrın 7-də «Astapovo» dəmiryolu stansiyası rəisinin evində dünyasını dəyişdi.