vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TÜRK DÜNYASI  
14:56 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fillər» bizim dostumuzdur

Qondarma «erməni soyqırımı»na ABŞ Konqresindən həyəcanlı sürpriz

Elman NƏSİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabr 4-də ABŞ Konqresinə keçirilən 114-cü çağırış aralıq seçkilərdə müxalif Respublikaçılar pariyası hakim Demokratlar partyası üzərində tam qələbə qazanraq Konqresin hər iki palatası üzərində nəzarəti ələ keçirib. Başqa sözlə, «Fil»lər Ulaq»lar üzərində hələ 2012-ci ildə qazandıqları nisbi üstünlüyü maksimum möhkəmləndirə biliblər.

Fikirlərimizi faktların dili ilə əsaslandıraq. 2012-ci ildə Konqresin Nümayəndələr palatasında Demokratlar Partiyası 201, Respublikaçılar partiyası isə 234 yerə sahib olubdular. Senatda isə qüvvələr nisbəti hakim partiyanın xeyrinə idi: 55:45. Bu seçkilərdən keçən növbəti 2 il ərzində mövqelərini möhkəmləndirən Respublikaçılar Nümayəndələr palatasında mövqelərini daha 13 səs artıraraq 247 yerə malik olub. Rəqibinin göstəricisi isə 188-ə enib. Senatda da vəziyyət «Fil» partiyasının xeyrinə dəyişib: 54:46. Müxalif partiya buna əvvəlki göstəricisini 9 səs artırmağa nail olub. Deməli, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ABŞ-ın yeni çağırış qanunverici orqanı - Konqres respublikaçıların, ali icra hakimiyyəti Ağ Ev isə demokratların nəzarəti altında fəaliyyət göstərməli olacaq. ABŞ tarixindən bəllidir ki, siyasi qüvvələrin belə konfiqurasiyası əksər hallarda ölkədaxili siyasi böhranlarla xarakterizə olunur. İndiki şərait də bu baximdan istisna təşkil etməyə bilər. Bu vəziyyətin məğlub tərəfi və onun «axsayan ördəyə» çevrilmiş rəhbəri Barak Obamanı son dərəcə narahat etdiyi anlaşılandır. Bəs görəsən Respublikaçıların qələbəsi niyə Ermənistan dövlətinin, dünyadakı erməni lobbisi və diasporunu ifrat həyəcanınlandırır? Qondarma «erməni soyqırımı»nın 100 illiyinin qeyd ediləcəyi  - 2015-ci ildə Konqresdə respublikaçıların hakim mövqeyi ermənilər üçün niyə bu qədər qorxulu görünür? Onlar nədən ehtiyat edirlər?

Bu və diğər suallara cavab tapmağa çalişaq.

Əvvəla, ermənilərin Konqresdə əsas lobbi liderlərindən biri olan senator Robert Menendes daha Xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra etməyəcək. Xatırladaq ki, ABŞ-ın erməni diaspor şəbəkəsi ifrat ermənipərəst mövqeyinə görə onun fəaliyyətinə A+ qiymətini verirdi. Bu, erməni icması üçün ağır itki kimi qiymətləndirilir. Onu həmin postda respublikaçı senator Robert Korker əvəz edir. Bu şəxs isə 2013-cü ilin aprel ayında Xarici əlaqələr komitəsində qondarma «erməni soyqırımı» ilə bağlı qətnamənin qəbulunun əleyhinə səs vermiş 5 senatordan biri idi. Krokerin Senatın mühüm bir komitəsinə rəhbərlik etməsi ermənilərin «yuxusuna haram qatıb».

İkincisi, Konqresin Nümayəndələr palatasının yeni rəhbərliyinin davranışı da ermənilərin «kürkünə birə salıb». Tərkibində 438 konqresmenin olduğu bu palatanın spikeri Con Bonerdir. Onun bu ilin aprel ayında Ankaraya səfəri zamanı səsləndirdiyi aşağıdakı fikirlər erməni lobbisi və diasporu üçün «günün günorta çağı şimşək effekti»ni dögurmuşdu: »Konqres erməni məsələsi ilə məşğul olmayacaq. Bu məsələ Konqresin gündəliyinə salınmayacaq. Biz tarixi yazmirıq, biz tarixçilər deyilik».

Üçüncüsü, yuxarıda sadalanan reallıqlar fonunda ABŞ-da 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gələcəyini və ali icra hakimiyyətinə də sahiblik edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bu perspektivi, heç şübhəsiz, ABŞ-ın erməni lobbisi və diasporu da real variant olaraq nəzərdən keçirir. Eyni zamanda onu da diqqətdən qaçırmırlar ki, yeni potensial respublikaçı prezident öz qələbəsini ilk növbədə Barak Obamanın siyasətinin tənqidi əsasında təmin edəcək. Deməli, məsələyə bu məntiqlə yanaşsaq, demokrat prezidentin hələ 2008-ci il prezident seçkiləri öncəsi qondarma «erməni soyqırımı»nı tanıyacağını nəinki şifahi, hətta yazılı olaraq təsdiqləməsi faktı da respublikaçı prezident tərəfindən tənqid predmeti ola bilər. Zənnimizcə, bu yerdə ermənilərin halına «Sən saydığını say, gör fələk nə sayır» misalı daha çox uyğun gəlir.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər bir daha göstərir ki, ABŞ Konqresində respublikaçıların hakim mövqeyə yiyələnməsi, xüsusən də qanunverici orqanda bir sıra həlledici postların Türkiyənin ədalətli mövqeyini dəstəkləyən qüvvələrin inhisarına keçməsi ermənilərin qondarma «erməni soyqırımı» ilə bağlı 2015-ci ilə planlaşdırdıqları kampaniyaya «qırmızı işıq» yandıra bilər və hal-hazırda bu ehtimalın reallaşma əmsalı heç zaman olmadığı qədər böyükdür.