vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
15:32 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Faizlər aşağı salınmalıdır»

Prezidentdən kredit tapşırığı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kredit faizlərinin aşağı salınması istiqamətində real tədbirlər görməli olacaq.

Bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilir. Fərmanda prezident AMB-ə tapşırıb ki, kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Qeyd edək ki, Azərbaycanda kredit faizlərinin aşağı salınması ilə bağlı tədbirlərin ilin əvvəlindən bəyan edilməsinə baxmayaraq indiyədək kreditlərin ciddi ucuzlaşmasına nail olmaq mümkün olmayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot dərəcəsi 3,5 faiz təşkil edir. Bu rəqəmin fonunda ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 14,3 faiz, istehlak kreditləri üzrə faiz dərəcələri illik 18 faiz, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35 faiz təşkil edir.

Büdcə müzakirələri zamanı AMB-nin sədri Elman Rüstəmov ölkədə kreditlərin bahalığını əmanətlər üzrə faiz dərəcələrinin yüksək (9,6 faiz) olması, eləcə də, kreditlərin bir hissəsinin təminatsız olması ilə izah edib.