vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
14:31 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 1245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TANAP sığortalanıb

Kəmərin 1 kilometri neçəyə başa gəlir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin tanınmüş şirkəti olan «Tekfen Holding» Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin tikintisi üzrə tenderin qalibi elan edildikdən sonra tikəcəyi boru kəməri hissəsinin sığortalanmasını elan edib.

Caspian Barrel Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekfen Holding TANAP-ın Sivasdan Eskişehir yaşayış məntəqəsinə qədər olan hissəsini tikəcək. Tikiləcək borunun uzunluğu 509 km, diametri isə 56 düymədir.

Tekfen-in İstanbul Fond Birjasında açıqladığı məlumatdan aydın olub ki, tikəcəyi boru 565 mln. dollar məbləğində sığortalanıb.

Beləliklə, açıqlanan bu məlumatdan aydın olur ki, Tekfen Türkiyənin qərb hissəsində inşa olunacaq boru kəmərinin 1 kilometrini 1,11 milyon dollardan sığortalayıb.