vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
14:48 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 2470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir prezidentə söz verdi

Əli Abbasov: «Ən çox sevinən İlham Əliyevdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rabitə və yüksək texnologiyalar sahəsində çalışan bütün əməkdaşlar Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirmək üçün əlindən gələni edəcəklər».

«Trend» xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün keçirilən «İnkişafın 10 ili: 2004-2014» adlı konfransda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, BMT Baş Assambleyasının qəbul etdiyi 3 qərara əsasən, Azərbaycanın Avroasiya zonasında informasiya strukturunun inkişafı üçün təqdim etdiyi layihələr dəstəklənib və Avroasiya Rabitə Alyansında Azərbaycanın koordinatorluğu təsdiq edilib: "Əsas odur ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, yüksək səviyyəli, lazım olan informasiya-kommunikasiya texnologiyalarının xidmətlərini təkcə respublikada yox, regionda da həyata keçirsin, ixrac potensialını gücləndirə bilsin. Ötən on ildəki və gələcək inkişaf modellərimizə verilən qiymət Dünya İqtisadi Forumunun Azərbaycanın inkişafını yüksək dəyərləndirməsidir. Bütün bu inkişaf məsuliyyətini öz çiyinlərində daşıyan və bunun nəticələrinə ən çox sevinən Azərbaycan Prezidenti İlham Əliyevdir».

Ə.Abbasov bildirib ki, 2004-2008-ci illərdə hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-ci ildən sonra isə 60-65 faiz olub: «Bu, təxminən hər 3 ildə İKT potensialının 3 dəfə genişlənməsi deməkdir. Bu, həmişə ümumdünya orta göstəricisini təxminən 2-2,5 dəfə üstələyib».

Nazir deyib ki, MBD-də ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, 2010-cu ildə bütün telekommunikasiya sisteminin MDB ölkələri arasında ilk dəfə elektronlaşdırılması, son illərdə Azərbaycanda mobil telefon rabitəsi infrastrukturunun genişlənməsi bu inkişafa bariz nümunədir: «Ölkəmiz yeni 4G texnologiyasını tətbiq edən Avropada 9, dünyada 37-ci ölkədir, bu gün dünyada 3G texnologiyasının ölkə üzərində əhatə dairəsini 100 faiz təmin etmiş 20 ölkə sırasındadır, internetin tətbiqinə görə inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşır. Azərbaycan internetin 73 faizlik istifadə sıxlığına görə MDB ölkələri arasında liderdir və bir neçə ildir ki, bu liderliyi qoruyub saxlamaqdadır».