vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
14:57 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 1212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda inqilabi tələb

«Pulların üzərində Azərbaycan rəmzlərinin çapı edilsin!»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin Təbrizdən olan nümayəndəsi Məhəmməd İsmail Səidi ölkədə pulların üzərində Şərqi Azərbaycan əyalətinin və Təbriz rəmzlərinin çap olunmasını tələb edir. Bu barədə «Trend» məlumat yayıb.

M.İ.Səidi İran Mərkəzi Bankının sədri, eləcə də iqtisadiyyat və maliyyə nazirinə məktub yazaraq onlardan tələb edib ki, Təbriz əhalisinin istəyinə hörmətlə yanaşsınlar və pulun üzərində Azərbaycan rəmzlərinin çapı üçün tez bir zamanda göstəriş versinlər.

Deputat deyib ki, çox qədim zamanlardan indiyədək Şərqi Azərbaycan əyalətinin və Təbrizin ölkədəki iqtisadi, siyasi, mədəni və milli birlik proseslərində önəmli yeri var: «Ölkədə çap olunan əskinasların üzərində müxtəlif rəmzlər çap olunub, lakin təəssüf ki, hələlik Azərbaycan rəmzlərinin heç biri pul üzərində çap olunmayıb».