vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:46 | 11 fevral 2015 | Çərşənbə Məqaləyə 1260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siçanın quyruğu göründü

Ermənilərin təslimçilik addımı Hayrumyanı soydaşlarının qorxaqlığının sirrini açmağa vadar edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda uydurduqları soyqırım əfsanəsinin dünya səviyyəsində tanınacağına inananlar getdikcə azalır.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Hayrumyanın bu gün yazdığı məqalədə vurğulanır. Şərhçinin fikrincə, 100 illiyi qeyd edildikdən sonra «erməni soyqırımı» məsələsi arxa plana keçəcək və soyqırım məsələsinə siyasi qiymət verilməyəcək.

«Ya ermənilər məqamdan istifadə edərək səssizliyə son qoyacaqlar, ya da özlərini Rusiya ilə Türkiyə arasında bölünmüş azadlıqdan məhrum ərazi kimi tanıdacaqlar», - deyə Hayrumyan vurğulayır.

Şərhçi məqaləsində bir sıra suallar qoyur ki, bu da dolayısı ilə ermənilərin soyqırım əfsanəsinin yalan olduğunu sübut edir. Müəllifin sözlərinə görə, indi Ermənistanın bir sıra yerlərində «100 ilin susqunluğu» adlı foto sərgi nümayiş etdirilir və bu bir sıra suallar doğurur. «Birinci sual odur ki, niyə ermənilər 100 il ərzində susublar? Kim onlara tələblərini açıq şəkildə səsləndirərək məhkəməyə çıxarmağa mane olub?» - deyə o suallar verib.

Daha sonra erməni biznesmeni Ara Abramyanın 2001-ci ildə məsələni beynəlxalq məhkəməyə çıxarmaq üçün hüquqi sənədlər toplamasını xatırladaraq növbəti sualla əvvəlki suallara cavab tapıb. «Niyə Ara Abramyanın təşəbbüsü yarımçıq qaldı? Bu prosesi kim dayandırdı?» - deyə Hayrumyan sual verir.

Cavab həm Ara Abramyana, həm də Naira Hayrumyana, həm də digər erməni baş bilənlərə gün kimi aydındır - sənədlər ermənilərə qarşı heç bir soyqırımın olmadığını ortaya çıxarır. Buna görə də təslim olduqlarını qəbul edərək geriyə addım atırlar.