vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:11 | 31 mart 2015 | Çərşənbə axşamı Məqaləyə 2657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məni SOCAR-a çağırıblar»

Çingiz Abdullayev: «Hər şey bu gün bəlli olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən yazıçı Çingiz Abdullayevin «Neftçi»yə prezident təyin olması haqda xəbərlər futbol ictimaiyyətində ajiotaja səbəb oldu.

Səhərdən axşamadək klubdan heç kəslə əlaqə saxlamaq mümkün olmasa da, axşam «ağ-qaralar» rəsmi saytları vasitəsilə yayılan xəbərləri təkzib etdi və klubun prezident vəzifəsində Sadıq Sadıqovun qaldığı haqda bəyanat yaydı. Lakin bəyanatda bəzi struktur dəyişiklilərinin gözləndiyi haqda da məlumat verildi.

Çoxları Çingiz Abdullayevin klub prezidenti olacağına inanmasa da, «FutbolPress» məsələni dəqiqləşdirdi.

Məşhur yazıçı ilə dünən əlaqə saxlasa bilməsək də, bu gün danışa bildik. O, bu gün SOCAR-a çağırıldığını bildirdi:

«Bundan əvvəl mənə «Neftçi»nin prezidenti olmaq təklif olunmuşdu. Amma dünən yayılan məlumatlar yanlışdı. Özüm bu haqda heç nədən xəbərsizəm. Hər şey bu gün bəlli olacaq. Məni saat 5-də SOCAR-a çağırıblar. Orda iclas olacağını deyiblər. Saat 5-dən sonra mənə zəng edərsiniz, sizə ətraflı məlumat verərəm».

Yazıçının açıqlamasında sezilir ki, artıq təyinat reallaşmaq üzrədir.