vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
18:18 | 1 aprel 2015 | Çərşənbə Məqaləyə 1240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dollarlaşma prosesi gedəcək»

Elman Rüstəmov: «Banklara qarşı ciddi tədbirlər görüləcək»

Azərbaycan Mərkəzi Bankı (AMB) müştərinin razılığı olmadan kredit müqaviləsi şərtlərini dəyişən banklara qarşı ciddi tədbirlər görəcək.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisi bankdan götürdüyü krediti aldığı valyutada qaytarmalıdır: «Əgər bank müştərinin razılığı olmadan müqavilənin şərtini dəyişibsə və krediti digər valyutaya çeviribsə, bu, ciddi qanun pozuntusudur. Belə hallarda Mərkəzi Bank ciddi tədbirlər görəcək».

E.Rüstəmov qeyd edib ki, əhalinin kredit yükünü azaltmaq üçün AMB banklara kreditlərin ödəniş müddətini uzatmağı və faiz dərəcələrini azaltmağı təklif edib.

O, eyni zamanda dollarlaşma prosesinə toxunub: «Bunun tempi azalır və proses davam edir. Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq».