vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
14:15 | 7 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Heydər Əliyev adına turnir

KİV nümayəndələri atıcılıq qabiliyyətlərini göstərəcək

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında II atıcılıq turniri keçirəcək. Bu barədə vaxt.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov xəbər verib.

N.Heydərovun məlumatına görə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turnirinə start verib. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Xəbərdə daha sonra bildirilir ki, turnir may ayının 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək.

Mətbuat xidmətinin rəhbəri turnirdə iştirak etmək üçün tələb olunan şərtləri açıqlayıb. Beləliklə, yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Bunun üçün həmin KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına məlumat göndərməsi xahiş olunur.

Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.

Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.