vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
16:17 | 14 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 1365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qurdların Dönüşü»

Güney Azərbaycanda azadlıq savaşı başlayır; «Ahvaz Qurtuluş Ordusunu» kim yaratdı?

Türkiyə mediasında sensasion bir yazı dərc olunub. «Qurdların Dönüşü» başlıqlı yazıda bir müddətdir ki , İranı qarışdıran «Ahvaz Qurtuluş» Ordusunun yardılmasından bəhs edilir. Həmin yazını təqdim edirik:

«Tarix 16 mart 2015-ci ildir. Türk Hava Yolları heç kimin başa düşmədiyi bir addım atdı. Bütün xəbər saytlarında «Türk Hava Yolları İstanbul-Ahvaz səfərlərini başlatdı» başlıqları ilə xəbərlər yayımlandı. Bu xəbər nə THY-nın Niamey və Burkino Fasoya, nə də Somalinin Moqadişo şəhərinə başlatdığı səfərlər qədər marağa səbəb olmur. Bəlkə də 100 ildən sonra hazırlıqsız yaxalanan deyil, yaxalayan tərəf biz oluruq. Moqadişu səfərlərinə başladıqdan sonra öldürülən THY təhlükəsizlik xidmətinin rəhbəri Sadəddin Doğan gəlir ağlımıza o an. Gözlərimiz qızarır, dişlərimizi sıxırıq.

Tarix 17 mart 2015. THY-nın ilk səfərindən sonrakı ilk gün. İranın Foled Xozestan komandası ilə Səudiyyə Ərəbistanının əl-Hilal komandası arasındakı baş tutan futbol oyunundan sonra ərəblər milliyyətçi bir motivlə rejimə qarşı aksiyalar keçirirlər. Mesaj açıq-aydındır. İranın Ahvazdan çəkilməsi tələb olunur. Akiyalar silahlı qarşıdurmaya çevrilir. Hadisələr zamanı bir gənc İran əsgərləri tərəfindən öldürülür. Ahvazda demokratiya tərəfdarı milliyyətçi ərəb gənclərə liderlik edən qəribə insanlar ortalıqda gəzişir. Aksiyalar başladıqdan sonra 4 gün ərzində 7 İran Xüsusi Xidmət Orqanının əməkdaşı öldürülür. Həmin şəxsləri öldürənlər Ahvazda dönüşü olmayan azadlıq fitilini alovlayır. Ortaya çıxan qarışıqlığı isə bir üst məntiq idarə edir. Bu gənclər Ahvaz Qurtuluş Təşkilatı adı altında birləşərək öz milli iradələrini ortaya qoyurlar.

Hadisə bununla bitmir. Pakistan-İran sərhədindəki Bəlucistan bölgəsindən İranın cənub qərbindəki Ahvaz bölgəsinə təlim keçmiş bir qrup gəlir. Qrupa ilk həftə rəhbərlik edən adam hələ hadisələr başlamazdan 1 həftə əvvəl Türkiyəyə gələn və İstanbulun Fateh bölgəsində Harman kafesində xüsusi bir otaqda Türkiyədən yüksək səviyyəli rəsmilərlə 3 saatlıq bir toplantı keçirən Səlahəddindir. Toplantıdan bir həftə sonra THY-nın etdiyi ilk səfərdə özü VİP kreslosu ilə geri dönür. Gezi hadisələrində Türkiyədə ortalığı ayağa qaldıran Qərbə arxa planda psixoloji də olsa dəstək verən İrandan qisas almağın vaxtıdır. Bu sadəcə qisasdırmı? Xeyr. Hədəf əslində qisas deyil. Bu bir yox edişin başlanğıcıdır.

Səlahəddin Ahvazdaki qrupları yoluna qoyub Bəlucistana geri dönür və İran-Pakistan sərhədində eyni həftə 5 sərhəd gözətçisini qaçırıb dərhal bunlardan Cəmşid Danayfəri adlı sərhəd gözətçisini öldürərək mətbuata eşitdirir. İran Ahvazda olanları hələ yeni anlamağa başlayır. Amma iş işdən keçir. Aktivləşmə hələ yeni başlayır. İran hələ böyük plandan xəbərsizdir. Ölkənin eyni anda həm şərqindəki Pakistan sərhədi, həm də cənub qərbində 1925-ci ildən bəri işğal altında tutduğu Ahvaz bölgəsi qaynamağa başlayır. Bu hadisələr elə Yəməni işğal etdiyi, Əsədə dəstək verdiyi, Bəhreyndə təşkilatlanmaların əsasını tamamladığı, İraqda hökuməti ələ geçirdiyi, yəni İran sərhədlərindən xaricdə siyasət həyata keçirdiyi bir vaxtda baş verirdi.

Çin, Misir, ABŞ, Səudiyyə Ərəbistanı kimi ölüm hökmünün tətbiq olunduğu ölkələr arasında 2014-ci ildə bu edamların ən yüksək olduğu dövlətin İran olmasının səbəblərindən biri də yüzlərlə sünninin və kürdün, Azərbaycan türkünün edam olunmasıdır. BMT-nin xüsusi məruzəçisi Əhməd Şahid qeyri-rəsmi rəqəmlərin daha böyük olduğunu, bildirərkl kürdlərin assimilyasiyaya uğramağı rədd etdiyi üçün İran tərəfindən kütləvi şəkildə qətlə yetirildiyini bildirirdi. Türkiyə bundan qabaq da bu məsələ haqda Bərzaninin təqdim etdiyi hesabatı ciddi qəbul edərək məsələyə müdaxilə etsə də, İran ağıllanmağı rədd etmişdi.

18 martda da İranın paytaxtı Tehranda İran voleybol liqasının final oyununda maraqlı bir hadisə baş verir. Oyun İran Azərbaycanı (Cənubi Azərbaycan) Urmiyə bələdiyyə komandası və Peykan Tehran komandası arasında oynanarkən tərəfdarlar «Yaşasın Azad Azərbaycan» şüarları səsləndirməyə başlayır. Polis tərəfdarları susdurmaq üçün güc istifadə edir və onlarla şəxsi həbs edir. Hadisələr İran Məclisinə qədər gedib çıxır. Bu hadisə bir il əvvəl yəni 2013-cü ilin mart ayında Təbrizin Səhənd stadionunda azərbaycanlı tərəfdarlar tərəfindən asılan ingiliscə «South Azerbaycan is not İran», yəni «Cənubi Azərbaycan İran deyil» yazılı nəhəng bir plakatı xatırladır. Bu hadisə İran və ərəb mətbuatında geniş əks-səda vermişdi.

Ərdoğanın İran səfərində bütün dünyanın canlı dinlədiyi o çıxış əsnasında Ruhanini yerindən oynadan nüvə müzakirələri ilə başlı çıxışı və müzakirələrə mane olmaq istəyən şəxslərin cəzalandırılacağına dair şiddətli xəbərdarlığı və bütün dünyanın da tezliklə bu xəbərdarlığın nəticələrini görəcəyini açıq-açıq ifadə etməsi İrandakı bu aktivliyi ifadə etmək üçün bəs edərdimi?

Hadisələrin bu cür cərəyan etdiyi bir dövrdə İranda 1811 azərbaycanlı tələbə türk dilinin rəsmi dil olması tələbiylə prezident Həsən Ruhaniyə açıq məktub ünvanlayır. Ölkənin Şərqi və Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətlərində olan Təbriz, Marağa, Urmiya, Zəncan, Kəlbər və Mişkinşəhr universitetlərində təhsil alan 1811 tələbənin imzasını daşıyan məktubda tələbələr Ruhaniyə xitab olaraq «İrandakı azlıqların hüquqlarının verilməsi və türk dilinin rəsmi dil olması» tələbini bu məktubda açıq şəkildə dilə gətirirdi.

Hər şey ortada idi. Gənclərin sıx olaraq aktiv olduğu universitetlər və idman sahələrində yüksək bir ağıl gəzir və zehinləri qarışdırırdı. Bəlucistandan ölkənin cənubuna qədər gələn xüsusi bir qrup burada küçələri təşkilatlandırırdı. Daha sonra zaman itirmədən ölkənin şərqində yerləşib, əsgər qaçırırdı. İran ilk dəfə daxildə bu qədər qaynar qarşıdurmalar yaşayırdı. Elə bu qədərdirmi? Xeyr, xeyr. Bu hələ başlanğıcdır. Dövlətinizi tanımaq istəyirsiniz? O zaman ardını da oxuyun.

İndi sizi bir az da qədimlərə aparım. Daha sonra deyəcəklərimi anlamaq üçün bunları bilməyiniz lazımdır. Yeni Türkiyənin təməllərini atan Ərbakanın baş nazirin müavini olduğu o günlərə gedirik. 1977-ci il. Ərbakan Pakistana ilk səfərini edir. Təxminən 1 həftə davam edən bu səfərdə Ərbakan Pakistan hökumətinin dövlət başçısı, xarici işlər naziri, müdafiə naziri də daxil olmaqla bir çox vəzifəli şəxslə görüşür. Təkcə ilk gün 6 saatlıq 3 ayrı yığıncaq keçirən Ərbakan bununla da kifayətlənməyib İslam İnkişaf Təşkilatını ziyarət edərək burada universitet tələbələri və alimlərə xitab olaraq bir çıxış edir.

Bu çıxışda Ərbakanın istifadə etdiyi çox mühüm bir söz var idi. Ərbakan hər kəsi bu söz üzərində düşünməyə dəvət etmişdi. Bu söz nə idi? Bir az qaynaqları araşdırsanız tapacaqsınız. Ərbakan o gün «DİRİLİŞ» sözünü istifadə edərək İslam Dünyasının sosial, iqtisadi, mədəni və hərbi sahədə ittifaq edərək bir diriliş həyata keçirməsi lazım olduğunu vurğulayır və həmin il Türkiyədə ağır sənayenin inkişafı üçün addımlar atır. O Pakistandan Türkiyəyə gələn xüsusi bir qrupla gizli bir təşkilatın quruluşunun ilk addımlarını atırdı. Həmin dövrün baş naziri Ecevitin bütün qadağalarına baxmayaraq bir çox İslam ölkəsi ilə bir araya gələn Ərbakan bu təşkilatın başına həmin dövrün pakistanlı alimlərindən olan professor Xurşid Əhməd Bəyi gətirir.

Xurşid Əhməd Bəy yalnız bir idealist deyil, eyni zamanda çox mühüm bir iqtisadçı fikir adamı idi. O müsəlmanlara «Həyat, fərqli bir müsəlman olmaq üçün sanki ruh və şüuru hərəkətə keçirəcək olan İslam əsaslarını əhatə edir. Həyat yalnız inanc və dua deyil, eyni zamanda dünyanı dəyişdirmə yolunda yeni bir rol oynamaqdır.» deyərək Ərbakanın bəhs «Diriliş»-in ictimai və iqtisadi qarşılığının əhəmiyyətini izah etməyə çalışırdı. O hələ 1941-ci ildə Mövdudi tərəfindən Lahorda qurulan «Camaati İslam»-da da aktiv rol oynayırdı.

Qurulan bu təşkilatın uzun illər əlaqələri isti saxlaması sayəsində Ərbakanın vəzifəyə gəldiyi 1996-ci ildə Pakistandan yenidən xüsusi bir qrup gətirib burada nüvə silahı üçün görülən işlərini başlatmışdı. Ancaq o dövrün şərtləri həmin qrupun burada qalmasına icazə vermədi. Həyata keçirilən 28 fevral çevrilişindən sonra bu qrup onlarla çalışan türk mühəndislərlə birlikdə itmişdi. Bax elə bu təşkilat və onlarla birlikdə itən türk qrup tam 5 ildən sonra Ərdoğanın Ədalət və İnkişaf Partiyasını quraraq iqtidara gəlməsindən sonra Ərbakandan icazə alaraq Ərdoğana beyət edir. Onlar, dövlətin onlar üçün hazırladığı gizli bir yerdə nüvə silahı hazırlamaq üçün işlər görürdülər.

Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi Pakistanın özünə aid nüvə silahı texnologiyası Pakistandan bu yolla səssizcə Türkiyəyə daşınır. Bu hadisədə Ərbakanın qurduğu təşkilat üzvləri olan pakistanlıların hökumətin mühüm məqamlarında çalışmasının böyük rolu olmuşdu.

Hər halda bu tarixi hadisələri niyə yazdığımızı söyüyəsiniz . Bəlucistan bölgəsi İran, Əfqanıstan və Pakistan sərhədində yerləşir. Burada Pakistan əsgərlərindən müstəqil bir çox qrup mövcuddur və bu qruplar Əfqanıstanda koalisiya əsgərlərini, İranda da sərhəd gözətçilərini hədəf alaraq partizan döyüşləri yürüdürlər. İran ona qarşı həyata keçirilən hücumlardan Pakistanın məsuliyyət daşıdığını deyir. Bu bölgənin dağlıq bölgə olması Pakistanın buraya nəzarət edə bilməsini mümkünsüz edir. Bu da Pakistanın işinə yarayır.

Bütün bu olanlar Pakistan ilə İran arasındakı əlaqələri böhranlar silsiləsinə çevirdiyi bir vaxtda İranın başına bir molotof da Türkiyənin tarixi müttəfiqi Pakistan tərəfindən atıldı. Ərdoğanın Pakistanın baş naziri Nəvaz Şərifi isti bir şəkildə qonaq etməsi şəkilə bütünlükdə baxmaq istəyənlər üçün çox şey izah edir əslində. Bu görüşü mətbuatın «mətbuata bağlı keçirildi» başlıqları ilə təqdim edilməsi də diqqətdən kənarda qalan mühüm bir detal idi.

İran bir neçə ay ərzində Suriyanı, İraqı, Yəməni və Bəhreyni qarışdırdı. İranın məğrur, ancaq hələ öz ölkəsini belə qorumaqdan aciz olan vitrinlik komandiri Qasim Süleymani Qərbin qeyri qanuni uşaqlarına maniken kimi fotoşəkillər təqdim edərkən İranın içinə düşən bu atəşi necə gizlətməli idi. Heç bir şey olmamış kimimi davranmalıydı? Yoxsa həqiqətən bir şey yox idimi? İranda eyni anda Azərbaycan xalqının İranın şimalı ilə əlaqədar ifadələri, türk dili ilə bağlı tələbləri, həmçinin Cənubda milliyyətçi ərəblərin qiyamları və ölkənin qərbində Bəlucistan bölgəsində qarşıdurmaları kimi hadisələr gündəmə gəlmişdi.

Bütün bunları demək axmaqlıq olmazdımı? Bəs bunları eyni anda hərəkətə keçirən güc kimdir? Suriyada müxalif qrupları şimala doğru sıxışdırdığı halda Qasım Süleymaninin səhnəyə çıxıb son vuruşu etməyinin keyfi ilə İranın «Suriyanı xilas etdik» deyərək şou göstərməyi planlaşdırdığı halda, bir anda Suriya müxalifləri birləşərək əvvəl Hələbin bir qismini, sonra isə İdlibi azad etməsinin və sürətlə Dəməşqə irəliləməsinin mənası nədir?

Həqiqəti etiraf etmək çətin olsa da İranın qorxduğu başına gəlirdi. Çünki yalnız Suriyada deyil, Ahvaz bölgəsindəki qarışıqlığın İraqa sıçrayaraq buradan Bəsrə Körfəzini bürüməsi, oradan bu atəşin Nəcəfə, Kərbəlaya, oradan da Dəməşqə qədər yayılması artıq Tehran üçün arzuolunmaz bir şey idi.

Nəhayət İranın məzlumları qətlə yetirərkən güddüyü genişlənmə siyasəti əks səda vermişdi. Külək tərsinə dönmüş, İranın xəbəri belə olmadan şimaldan cənuba, şərqdən qərbə işğal etmək istədiyi ərazilər ona baha başa oturmuşdu.

1923-ci ildən sonra qısa bir fitrət dövrü keçirən Qurtlar geri dönmüş, yavaş yavaş sürünü təkrar nəzarət altına alırdı.

Uzun müddətdir ki, tərk etdiyimiz Təbriz torpaqlarının qoxusu artıq kəfənlərimizə sığmır. Türkiyə gəlir ey İran . Bu səfər qapını çalmadan...