vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
16:37 | 14 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 3033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müəlliflik hüququ ona aid deyil»

ATV Xoşqədəmin «Səni Axtarıram»la verlişilə bağlı ittihamlarına cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azad Azərbaycan» Televiziyası (ATV) qalmaqallı «Səni axtarıram» verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının bu gün səsləndirdiyi ittihamlara cavab verib.

ATV-dən Modern.az saytına verilən geniş açıqlamada deyilir ki, «Səni Axtarıram» verilişinin müəlliflik hüququ Xoşqədəm Hidayətqızına aid deyil. 

«Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və buradada açıq şəkildə göstərilib ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır. 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır».

ATV bəyan edib ki, doğrudan da həmin səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. 

«Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.
Digər tərəfdən verliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu layihə ərsəyə gətirilib. Yəni bu layıhə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub. 
Xoşqədəm Hidayətqızının «söhbəti olduğu kimi danışacam» deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydınlıq gətirilə bilər».

ATV-nin açıqlamasında daha sonra bildirilir:

«Xoşqədəm xanım bildirib ki, bu verilişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabr 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin «maliyyə şərtləri və ödəniş qaydalar» hissəsində açıq göstərilib ki, «Səni axtarıram» televiziya verilişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə verilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla «Azad Azərbaycan» MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.

Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, «Tərəflərin qarşılıqlı razılığı ilə «Səni axtarıram» televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verilişin ssenari müəllifi və aparıcısına qonorar ödənilməyəcəkdir.

O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib».