vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MUSİQİ  
17:49 | 14 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 3282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elnur coşqu ilə qarşılandı

«Eurovision» yarışmasındakı təmsilçimizin tanıtım turu başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın «Eurovision 2015» Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Macarıstanın paytaxtı Budapeştdə səfərdə olub. O, Macarıstanda «М1» telekanalının səhər şousunun qonağı olub və müsabiqədə səsləndirəcəyi «Hour of the Wolf» mahnısını ifa edib.

Sonra ifaçı yerli mətbuata bir neçə müsahibə verib. Elnur Hüseynov yarışmanın Macarıstan təmsilçisi Boqqi ilə görüşüb. Hər iki təmsilçi Budapeşti gəziblər. Pərəstişkarları Elnurla Boqqini coşğu ilə qarşılayıblar.

Ölkə təmsilçimizin tanıtım turu çərçivəsində növbəti dayanacaqları Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də bu ilki «Eurovision» şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi «Eurovision in Consert» partisində çıxış edəcək. Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq.

Müsahibəsində böyük «Eurovision» ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən təmsilçimiz bu il Avstriyanın paytaxtında keçiriləcək müsabiqədə ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.