vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:54 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2080 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı-2015»in qadağaları

Alkoqollu içki, narkotik, psixotrop maddə gəzdirənlər məsuliyyətə cəlb ediləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Məclisin Sosial Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda «Bədən tərbiyəsi və idman haqqında» qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliklər I Avropa Oyunları ilə bağlıdır.

AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, sözügedən qanuna dəyişikliklərdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizlik və asayişin təmin edilməsi məsələləri öz əksini tapıb.

Qeyd edək ki, bu dəyişikliyin adıçəkilən qanunun 40-cı maddəsinin 1-ci bəndinə salınacağı nəzərdə tutur.

İdman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlər Avropa Oyunlarına buraxılmayacaqlar.

Həmçinin bütün növ alkoqollu içkilər, narkotik vasitələr, psixotrop maddələr, silahlar, onların ayrı-ayrı hissələri, partlayıcı maddələr, döyüş sursatları gəzdirən insanlar da məsuliyyətə cəlb ediləcək.

Qanun layihəsində kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə açıq dolu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkiləri qəbul etmək, narkotik vasitələrdən istifadə etmək qadağan olunur.