vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
14:36 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O yolla getmək istəməzdim»

Flora Kərimova: «A bala mənə lazımdırsa, özüm güləcəm də…»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yerli kinoteatrlardan birində film izləməyə gələn Xalq artisti Flora Kərimova AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

- Flora xanım, kinoteatra tez- tez gəlirsiniz? 
- Artıq üçüncü filmdir ki, gəlib baxıram. 

- Sizi son zamanlar çəkilmiş yerli filmlər qane edirmi? - Bu yaxınlarda yerli bir filmə baxdım, çox xoşuma gəldi. Filmin əvvəlindən sonuna qədər xeyli güldüm. 

- Necə düşünürsünüz, indiki rejissor və aktyor heyəti tamaşaçılara səviyyəli gülüşü verə bilirmi?  - Bilirsinizmi mən nəyin əleyhinəyəm, tutaq ki bir komediya göstərirlər. Orada filmə baxan insana, tamaşaçıya gülməyi yeridirlər. A bala mənə lazımdırsa, özüm güləcəm də. Mənə işarə edirlər ki, burada gül. Bu xoşuma gəlmir. 

- İllər öncə «Qanun naminə» filminə çəkildiniz. Bəs indi necə hansısa rejissor sizə filmə çəkilməyi təklif etsə razılaşarsınızmı?  - Bu yaxınlarda seriala çəkilməyi təklif etmişdilər. Ancaq həyatım keşməkeşli və siyasətlə qarışıq olduğuna görə razılaşmadım. Təklif edən rejissoru həvəsindən yayındırdım. Dedim ki, çəkilişimiz alınmayacaq. Film melodrama olacaqdı. 

- Bəs komediya filmləri necə ruhunuza yaxın deyil?  - Canımda yumor hissi güclüdür. Bilirsiniz, elə bir səviyyədəyəm ki, razılıq vermək üçün götür qoy etməliyəm. Çox seçimdə olmalıyam. 

- Ancaq onu da nəzərə alaq ki, xarici ulduzların bir çoxunun həyatından bəhs edən filmləri var… - O filmlərdə yalanlar çox olur. Orada kasıb olmaq , uşaqlıqda əziyyət çəkmək, zorakılığa məruz qalmaq çox dəbdədir. Mən o yolla getmək istəməzdim. Həqiqətləri hərdən müsahibələrdə danışıram. Ancaq o həqiqətlərin üstünə bir qədər də yalan yükləyib, filmə çəkilmək istəməzdim.