vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
21:04 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2067 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1,4 milyardlıq ziyan

Azərbaycanlı oliqarx Rusiya dövlətindən pulunu tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı Araz Ağalarov bu ölkənin Regional İnkişaf Nazirliyindən 1,4 milyard rubl tələb edir. Virtualaz.org saytı xəbər verir ki, Ağalarovların sahibi olduğu «Crocus Group» şirkəti nazirliyin qismində Rusiya dövlətinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən şirkət Rusiya hökumətinin sifarişi ilə Uzaq Şərq Universiteti kompleksini inşa edərkən ayrılan vəsait işləri başa çatdırmağa kifayət etməyib və «Crocus Group» ziyana düşüb. İşə Moskvanın Arbitraj Məhkəməsi baxır. Proses aprelin 16-na təyin edilib.

Vladivostok yaxınlığındakı Rus adasında inşa edilən nəhəng universitet kompleksi prezident Vladimir Putinin şəxsi nəzarətində olan layihə idi və bu kompleksin inşası Ağalarovun şirkətinə həvalə edilmişdi. Ümumi sahəsi 4 milyon kvadratmetr olan obyekt 2012-ci ildə istifadəyə verilib. Tikintiyə büdcədən 2 milyard dollara yaxın vəsait sərf edilib. Buna baxmayaraq podratçı şirkət əlavə xərclərin meydana çıxması üzündən ziyana düşüb.

Ağalarov müsahibələrində dəfələrlə deyib ki, bu layihə onun şirkətinə heç bir mənfəət gətirmədi, əksinə, ziyanla başa gəldi. Rusiya hökuməti ziyanı kompensasiya etmək üçün «Crocus Group»a Rus adasında ərazi təklif etsə də iş adamı orada daşınmaz əmlak biznesinin kommersiya perspektivlərinin olmadığını görərək təklifi qəbul etməyib.