vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
23:44 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 1493 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dediyim fikrin üstündə qalıram»

Əli Həsənov: «Ölkədə narkomanların sayını biz necə dəqiqləşdirək?»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda narkotik istifadəçilərinin dəqiq sayının olmadığı barədə dediyim fikrin üstündə dayanıram».

Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov bildirib ki, bu məsələ ilə bağlı köməklik göstərilməsi üçün BMT-yə müraciət edib: "Bunu dəqiqləşdirmək təcrübəmiz yoxdur. Mənə deyirlər ki, beynəlxalq təcrübədə də elə şəffaf mexanizm yoxdur. Belə şəffaf təcrübə yoxdursa, ölkədə narkomanların sayını biz necə dəqiqləşdirək? Amma mən hər halda hesab edirəm ki, BMT bizə kömək etsə, narkomanların sayını dəqiqləşdirmək olar».