vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AKTUAL  
13:00 | 22 aprel 2015 | Çərşənbə Məqaləyə 1329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu strategiyasız dayazlıq oldu»

«Bircə qalır ki, Davudoğlu gedib İrəvanda baş əysin»

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Davudoğlunun dediyi sözlərin üslubu və məzmunu bizlərə ağır gəlsə də, tənqiddən başqa əlimizdən bir şey gəlməz. Bununla belə mətndə iki məqam var ki, bunu peşəkar diplomatların hazırladığına inana bilmirsən».

AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Türkiyənin baş naziri Əhməd Davudoğlunun qondarma «erməni soyqırımı»nın ildönümü ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, bu, Türkiyənin rəsmi siyasətidir və tənqid etməkdən başqa heç nə emək olmaz:

«Yazılır ki, «Türkiyə və Ermənistanın birlikdə, hər iki tərəfə yaraşan bir mərasimlə Osmanlı ermənilərini anmaları çox mənalı olardı». Görünür cənab baş nazir unudur ki, hər iki tərəfə yaraşan formanı Ermənistan artıq tapıb. Bircə qalır ki, Türkiyənin baş naziri gedib İrəvanda "soyqırım" abidəsinin qarşısında baş əysin».

Türkiyəli rəsminin çıxışından növbəti hissəni vurğulayan millət vəkili onu strategiyasız dayazlıq nümayiş etdirməkdə ittiham edib:

«Cənab Davudoğlu sonra qeyd edib: «Bütün üçüncü tərəflərə də tarixi yaraları deşmək yerinə, ortaq sülhə əsaslanan gələcəyə töhfə verməyə çağırırıq». Bu baş nazirə kimsə xatırlatmalıdır ki, həmin üçüncü tərəfin birincisi bizik, yəni Azərbaycan türkləri. İndi barışa töhfə verməyimiz üçün nə etməliyik - işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün davamızdan əl çəkməliyik? Yaraları deşməyimizə nə hacət, məgər görmürsünüz ki, bu yaralar təp-təzədir, deşikdir və oradan Şuşanın, Xocalının, Ağdamın və onlarla Vətən torpağının və minlərlə insanının qanı axır? Bu stratejik dərinlik olmadı cənab baş nazirim, birbaşa strategiyasız dayazlıq oldu».