vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
13:09 | 22 aprel 2015 | Çərşənbə Məqaləyə 2578 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

9 milyon müsadirə edildi

«Sevil Massivi» MTK rəhbərliyindən 5 nəfərin məhkəməsi başlayır

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sevil Massivi» MTK ilə bağlı cinayət işi yaxın zamanlarda baxılması üçün məhkəməyə göndəriləcək. Azvision.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

K.Əliyevin sözlərinə görə «Sevil Massivi» MTK tərəfindən törədilmiş cinayətlərlə bağlı 5 şəxs cinayət məsuliyyətinə cəlb edilib:

«Hazırda istintaq başa çatmaq üzrədir. Yaxın zamanlarda məhkəməyə verilməsi təmin ediləcək. Bu işlə bağlı 1279 şəxsə ziyanın ödənilməsi təmin edilib. Ziyanın hansı formada ödənilməsi vətəndaşın istəyindən asılıdır. Bəziləri bunun pul formasında ödənilməsini, digərləri isə natura şəklində, yəni mənzil və ya torpaq şəklində ödənilməsini tələb edir. Ödənilməyənlərlə bağlı isə ekspertizalar təyin edilib. Ekspertiza zamanı vətəndaşların nə qədər xərc çəkilməsi öyrəniləcək. Təqsirləndirilən şəxslərin 9 milyondan artıq əmlakları müəyyən edilərək onların üzərinə həbs qoyulub. Əminəm ki, məhkəmənin hökmündən sonra digərlərinə dəymiş ziyan da tam ödəniləcək».