vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
OLAY  
17:20 | 12 may 2015 | Çərşənbə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABB «Xəzər Adaları»na əl qoyub?!

«Hər yerdə danışırlar və yuxarılara yazırlar ki, «Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır»

Murad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Cahangir Hacıyev işi»ndə «Xəzər adaları» layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin də adı çəkilir. Məlumatlara görə, Cahangir Hacıyevin zamanında Azərbaycan Beynəlxalq Bankı «Xəzər adaları» layihəsinə 850 milyon dollar kredit ayırıb.

Lakin bir müddət əvvəl Hacı İbrahim Nehrəmli redaktorlarla görüşündə bildirmişdi ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb. Sitat:

«Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə, «Xəzər adaları» layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir».

İbrahim Nehrəmli əlavə etmişdi ki, faizləri ilə birlikdə Beynəlxalq Banka borcu 70 milyon dollardır. Lakin «Marja»nın məlumatına görə, həmin vaxt Hacı İbrahim nədənsə diqqətlərdən yayınan sensasiyalı məlumatlar da açıqlayıbmış. O, deyibmiş ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb:

«Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: «Binaları başqa banklara girov qoya bilərəm?», deyir «yox». Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir «Bəli». Deyirəm, «cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, «yox, daha mənim pulum yoxdur». Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, «onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan».

İş adamı sözlərinə belə davam etmişdi: «Hacı İbrahim pul alıb ödəməyib. Belə bir şey ola bilməz. Cəmi 57 milyon dollar kredit almışam. Bütün yerdə danışırlar və yuxarılara yazırlar ki, «Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır». Bir dayanın və bu şəhərin qapısından içəri girin, görün mən pulları dağıtmışam, yoxsa bura yatırmışam?!».

Hacı İbrahim daha sonra bildiribmiş ki, Beynəlxalq Bank 8%-lə ayırdığı krediti devalvasiyadan sonra 12%-lə geri istəyir:

«Mən Beynəlxalq Bankdan 8%-lə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12%-lə ödəyim. Əgər gecikdirsəm 18%-lə ödəyəcəm. 18%-lə də kredit olar? 18%-lə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə, faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım».

Maraqlıdır, Hacı İbrahim Beynəlxalq Bank qarşısında öhdəliyinə sadiqdirsə, yeni rəhbərlik ondan pulunu niyə geri istəyir? Həqiqətənmi məbləğ 57 milyon dollardır?

Çox böyük ehtimalla, məbləğ böyükdür və Hacı İbrahim öhdəliklərinə əməl edə bilmir. Hətta istisna deyil ki, «Xəzər adaları»nda indiyədək görülmüş işlərin böyük hissəsi məhz Beynəlxalq Bankın kreditləri hesabına görülüb. Lakin Hacı İbrahim alıcı tapa bilmədiyindən müqavilə öhdəliklərini yerinə yetirə bilməyib və bank onun binalarını girov götürüb. Bu isə əslində bütov layihəni girov götürmək kimi bir şeydir. Nədən ki, gurultulu piar kampaniyasına baxmayaraq, 3-4 ildə Hacı İbrahim cəmi bir neçə bina ucaltmağa nail olmuşdu ki, indi məlum olur ki, onları da Beynəlxalq Bank onun əlindən alır.